"Gürcü Arzusu" parlamentinon Hüquq Komitəsi Cinayət Məcəlləsinə "Vətənə xəyanət" maddəsinin əlavə olunmasını birinci oxunuşda təsdiqləyib

"Gürcü Arzusu" partiyasının parlamentdəki Hüquq Komitəsi Gürcüstan Cinayət Məcəlləsinə "Vətənə xəyanət" maddəsinin əlavə olunmasını birinci oxunuşda təsdiqləyib.


Partiyanın deputatları bu maddənin qanuna əlavə olunmasını "ölkənin suverenliyinin qorunması" ilə əsaslandırıblar.
Qanun layihəsinin izahat vərəqində deyilir:

"Cinayət Məcəlləsindən 'Vətənə xəyanət' maddəsinin çıxarılması [Milli Hərəkatın hakimiyyəti dövründə] əsassız olub və bu gün də heç bir məntiqə uyğun deyil.
Belə bir yanaşma Gürcüstanın Dövlət Himninin ruhuna uyğun gəlmir və vətəndaşlarda vətənə sevgi, sədaqət və hörmət hisslərinin güclənməsinə xidmət etmir. Vətənə xəyanətin qanuni sayıldığı bir ölkənin gələcəyi yoxdur. Buna görə də, Gürcüstan Cinayət Məcəlləsində, digər ölkələrin qanunvericiliyində olduğu kimi, vətənə xəyanətin cinayət sayılmasını təsdiqləyən norma olmalıdır. Bu normanın mövcudluğu təkcə hüquqi deyil, həm də simvolik əhəmiyyət daşıyır. Çünki vətənə sədaqət milli dövlət quruculuğunun və vətənpərvər nəsillərin yetişdirilməsinin əsasını təşkil edir."

Vətənə xəyanət aşağıdakı əməlləri əhatə edəcək:
• Gürcüstanın ərazi bütövlüyünün pozulması;
• Konstitusiyaya zidd müqavilələrin bağlanması və ya danışıqlar aparılması;
• Gürcüstanın xarici təhlükəsizliyinə zərər vurulması;
• Xarici kəşfiyyat xidməti ilə əməkdaşlıq;
• Gürcüstanın müdafiə qabiliyyətinə zərər vurulması, dövlət sirrinin yayılması;
• Casusluq;
• Gürcüstanın konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədilə qəsd və ya üsyan;

• Diversiya və ya xarici ölkəyə, xarici təşkilata və ya xarici nəzarət altında olan quruma düşmənçilik fəaliyyətində kömək göstərmək.
Cinayət məsuliyyəti yuxarıda sadalanan əməllərlə bağlı Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq maddələrə əsasən, "Vətənə xəyanət" maddəsi ilə birlikdə müəyyən ediləcək.
Qanun layihəsinin müəllifləri "Gürcü Arzusu" partiyasının deputatlarıdır: Arçil Qorduladze, Tornike Çeşişvili, Rati Ponatamişvili, David Matikaşvili, Quram Maçarashvili, Aleksandre Tabatadze, Tenzqiz Şarmanaşvili, Aluda Quduşauri, Viktor Caparidze, Sozar Subari, Nodar Turdzeladze, İrma Zavradaşvili, Levan Maçavariani, Ramina Beradze, İrakli Kirçxalia, Salome Cincolava, Tornike Berekaşvili, Henrietta Tsitsava, Mamuka Mdinaradze.
Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google