Saakaşvili: İvanişvilinin rus ədalətsizliyi kombinatı məni həbsxanada məhv edilməyə məhkum etdi
Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvili onun barəsində sərhədi qanunsuz keçmə ittihamı ilə çıxarılan hökmə münasibət bildirib. Saakaşvili deyir ki, bu qərarla onu həbsxanada fiziki məhvinə məhkum ediblər. O, bu barədə 7 noyabr hadisələri ilə bağlı keçirilən məhkəmə prosesinə uzaqdan qoşularkən danışıb.

“İvanişvilinin rus ədalətsizliyi kombinatı tərəfindən qəbul edilmiş, cəlladcasına, qanunsuz və rüsvayçı qərarlar silsiləsinə reaksiya vermək istəyirəm.
Onlar, əslində, məni həbsxanada məhv etməyə, fiziki olaraq yox etməyə məhkum etdilər.

Sizin gözlərinizin önündə Gürcüstan üçün hər şey etmək istəyən bir insanı məhv edirlər. Kim inanırsa ki, mən əbədi həbs cəzasına və məhvə yalnız azərbaycanlı vətəndaşlarımıza bayram münasibətilə bir neçə qoyun göndərdiyimə, üç pencək və bir palto aldığım üçün, ya da sərhədi keçdiyim üçün məhkum edildim, mən bu insanlara heç nə izah edə bilmərəm. Amma mənə elə gəlir ki, dünyada buna inanan artıq heç kim yoxdur.

Mənim fəlsəfəm həmişə güclü Gürcüstan, güclü vətəndaş, təhsil və təhlükəsizlik olub…

Bu, guya məhkəmə yolu ilə aparılan məhv etmə prosesidir ki, bununla gürcü xalqını və mənim tərəfdarlarımı qorxutmağa çalışırlar. Eyni zamanda, prezident Zelenskiyə də bir təhdid mesajı göndərirlər ki, əgər Ukraynanı təslim etməsə, onun da aqibəti eyni olacaq”,
– deyə Saakaşvili bildirib.

Bu gün, 17 mart tarixində Mixeil Saakaşvili sərhədi qanunsuz keçməkdə günahkar bilinib və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin cəzaların toplanması prinsipi əsasında o, yekun olaraq 12 il 6 ay həbs cəzasına məhkum edilib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google