Gürcüstan Prokurorluğunun məlumatına görə, onun tələbi əsasında
Tbilisi Şəhər Məhkəməsi bu gün
, 17 mart tarixində beş təşkilatın bank hesablarını və həmin
hesablarda olan vəsaiti dondurub.
Bu QHT-lər və xeyriyyə təşkilatları aksiyalar üçün lazımi
inventarın alınması və aksiyalar zamanı saxlanılan şəxslərin
ailələrinə yardım göstərməkdə günahlandırılır. Prokurorluq bu
yardımı “qanunsuz və cinayətkar fəaliyyətə təşviq” kimi
qiymətləndirib.
Səbataj və
düşmənçilik fəaliyyətinə yardım işi üzrə istintaq bu
ilin fevral ayında açılıb.
Prokurorluğun açıqlamasında bildirilir ki, bu təşkilatlar toplanmış
maliyyə vəsaitlərinin böyük hissəsini qrup halında zorakılığın
təşkilinə və iştirakına görə ittiham olunan şəxslərə və onların
ailələrinə maliyyə yardımı göstərmək üçün istifadə edirlər.
Beləliklə, yalnız zorakı hərəkətləri maliyyələşdirməklə
kifayətlənməyərək, onlar qeyri-qanuni fəaliyyətə maddi fayda
məqsədilə insanları cəlb etmək üçün stimullaşdırıcı əsas
yaradırlar.
Prokurorluğun tələbi ilə aşağıdakı təşkilatların hesabları
dondurulub:
• Xeyriyyə fondu “Nanuka Fondu”
• Xeyriyyə fondu “Frosferiti”
• Xeyriyyə fondu “Bir-birimiz üçün 24/7”
• Qeyri-hökumət təşkilatı “Utanc”
• Qeyri-hökumət təşkilatı “Tbilisi İnsan Haqları Evi”
Prokurorluq bildirir ki, bu təşkilatlardan edilən pul
köçürmələrinin təyinat hissəsində aşağıdakı ifadələr yazılıb:
"Aksiya üçün lazımi avadanlıq", "Mübarizə üçün lazımlı şeylər",
"Aksiya üçün inventarın alınması", "Pirotexnika almaq üçün",
"Mübarizə aparan uşaqlar üçün qaz maskası almaq" və s.
Prokurorluğun açıqlamasında vurğulanır ki, bu fondların təşkilati
və maliyyə fəaliyyəti hüquq pozucularına və onların ailələrinə
maddi yardım göstərmək məqsədinə xidmət edir. Bu təşkilatlar hüquq
pozucularının cərimələrini ödəyir və onların fərdi və ya təşkilati
məsələlərinin həllinə kömək edirlər.
2024-cü il 28 noyabrdan bəri 100 gündən çox müddət keçib – bu
müddət ərzində Gürcüstanda yeni seçkilərin keçirilməsi tələbi ilə
etirazlar davam edir. Aksiyalar “Gürcü Arzusu” partiyasının 2028-ci
ilə qədər Avropa İttifaqına üzvlük üçün danışıqlar aparılmayacağına
dair qərarına qarşı başlayıb.
Etirazların ilk günlərində polis etirazçıları dağıtmaq üçün su
şırnaqları, bibər qazı və gözyaşardıcı qazdan istifadə edirdi.
Aksiya iştirakçıları isə xüsusi avadanlıqlardan istifadə edərək
özlərini qorumağa və etirazlara qayıtmağa çalışırdılar.
Aksiyalar başladıqdan sonra “Gürcü Arzusu” etirazları
məhdudlaşdırmaq üçün qanunları sərtləşdirdi – mitinqlərdə lazer
işıqlarının və maskaların istifadəsi qadağan olundu, yolların
bağlanmasına və polis əmrlərinə tabe olmamağa görə cərimələr
artırıldı, inzibati həbs müddəti isə 15 gündən 60 günə qədər
uzadıldı.
Bütün bu məhdudiyyətlərə baxmayaraq, etirazlar dayanmadı. Adları
çəkilən fondlar isə cərimələnən vətəndaşlara dəstək olmağa davam
edirdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415