"Publika"nın döyülən jurnalisti məhkəmə tərəfindən qanun pozucusu kimi tanındı
Avropa yönümlü aksiyada döyülən "Publika"nın reportyoru Aleksandre Keşelaşvili Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Enukidze tərəfindən polisə tabe olmamaq ittihamı üzrə qanun pozucusu kimi tanınıb və ona şifahi xəbərdarlıq edilib.

Bu barədə məlumatı "Publika" nəşri yayıb.

Aleksandre Keşelaşvili, Avropa yönümlü aksiyalar zamanı hüquq-mühafizə orqanlarının fiziki zorakılığına məruz qalan ilk jurnalistdir.

Gürcüstanın Daxili İşlər Nazirliyi onu İnzibati
Xətalar Məcəlləsinin 166-cı və 173-cü maddələrinin pozulmasında ittiham edirdi. Bu maddələr xırda xuliqanlıq və polisə tabe olmamaq hallarını nəzərdə tutur.

"Publika"nın məlumatına görə, xırda xuliqanlıq ittihamı üzrə işin icraatına xitam verilib.

Hadisələr 29 noyabrda (28 noyabr gecəsi) baş verib.

Aleksandre Keşelaşvili parlament qarşısında jurnalist vəzifəsini icra edirdi və orada keçirilən aksiyanı işıqlandırırdı. Bu zaman xüsusi təyinatlılar, maskalı şəxslər onu saxlayaraq bir müddət vəhşicəsinə döyüblər. Polis bölməsinə aparıldıqdan sonra isə ona inzibati qaydada saxlanıldığı bildirilib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google