Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli
Mərkəzinə (NCDC) yeni direktor təyin olunub.
Bu vəzifəni İrakli Purtseladze icra edəcək.
Mərkəzin yeni rəhbərini kollektivə hakim "Gürcü Arzusu"
partiyasının səhiyyə naziri Mixeil Sarjveladze təqdim edib. Onun
sözlərinə görə, Purtseladzenin peşəkar təcrübəsi və idarəçilik
bacarıqları ölkənin ictimai səhiyyə sisteminin gücləndirilməsinə
töhfə verəcək.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, İrakli Purtseladzenin uzun
illər özəl sektorda rəhbər vəzifələrdə iş təcrübəsi var. O, 2002-ci
ildən 2024-cü ilə qədər “Aversi-Pharma” şirkətində müxtəlif rəhbər
vəzifələrdə çalışıb, 2011–2023-cü illərdə isə şirkətin baş
direktoru olub. Paralel olaraq, 2016–2018-ci illərdə sığorta
şirkəti “Alfa”nın müşahidə şurasının sədri vəzifəsini də icra
edib.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri vəzifəsi Amiran
Qamkrelidze istefa verdikdən sonra 2022-ci ilin avqustundan boş
qalmışdır. Bundan sonra NCDC-nin icraçı direktoru əvvəlcə Tamar
Qabunia, sonra isə Paata İmnadze müvəqqəti icra etmişdir.
“Sərhədsiz Şəffaflıq – Gürcüstan” təşkilatının CompanyInfo
platformasının məlumatına görə, İrakli Purtseladze “Agri Management
Group of Georgia” adlı fındıq istehsalı şirkətində pay sahibidir və
2012-ci il seçkiləri ərəfəsində “Vahid Milli Hərəkat” partiyasına
50 min lari ianə edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415