Uça Kemaşviliyə 10 günlük inzibati həbs cəzası verildi
Etiraz aksiyalarının iştirakçısı Uça Kemaşvili inzibati qayda pozuntusu törətdiyinə görə məhkəmə tərəfindən 10 günlük həbs cəzasına məhkum edilib. Hökmü hakim Davit Tetraul çıxarıb.

“Ölkədə artıq məhkəmə yoxdur. Mübarizə davam edir. Oliqarxiyaya od olsun!” – Məhkəmə zalında Kemaşvili bildirib.

Uça Kemaşvili 27 may tarixində İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi – polis əməkdaşının qanuni tələbinə tabe olmamaq və onu təhqir etmək – əsasında saxlanılıb.

26 may tarixində keçirilən aksiyada Kemaşvili iştirakçılara meyvə paylayırdı. Axşam saatlarında yayılan videoda onun əlində yandırılmış “Gürcü Arzusu” partiyasının bayrağını tutduğu görünür. Onun bacısının sözlərinə görə, saxlanılmasının əsas səbəbi də məhz bu epizoddur.

Müdafiə tərəfi bildirir ki, hüquq-mühafizə orqanlarının versiyasına görə, Kemaşvili yoxlama məqsədilə saxlanılıb, lakin polisə tabe olmayaraq tutulub. Lakin vəkilin fikrincə, əgər saxlanmanın əsasında partiya bayrağının yandırılması dayanırsa, bu cür simvolların yandırılması Gürcüstan qanunvericiliyində cinayət hesab edilmir.

“Bu gün Uça Kemaşvili tutuldu, indi haradasa zindanda saxlanılır. Guya alça payladığı və bir kağız parçasını yandırdığına görə həbs etdilər. Əslində bu səbəbdən onu tuta bilməzdilər, buna görə də bir iş 'uyduraraq', sanki onlarla polisə müqavimət göstərib, onu evinin yaxınlığında yox, Rus­taveli prospektindən təqib edərək həbs etdilər,” – Vəkil Tkeşeladze bildirib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google