Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirir ki, Rusiya
işğalçı qüvvələri tərəfindən
Qori bələdiyyəsinin Plavismani kəndi yaxınlığında qanunsuz
saxlanılan qardaşlar – Tariel və Leonide Tenadzelər azadlığa
buraxılıblar.
Qurumun məlumatına görə, onlar artıq Gürcüstanın mərkəzi
hakimiyyətinin nəzarətində olan ərazidədirlər.
“Rusiya işğalçı qüvvələri tərəfindən Qori
bələdiyyəsinin Plavismani kəndi yaxınlığında işğal olunmuş ərazidə
qanunsuz saxlanılmış qardaşlar – Tariel və Leonide Tenadzelər
qanunsuz həbsdən azad olunublar və hazırda Gürcüstanın mərkəzi
hakimiyyətinin nəzarətində olan ərazidədirlər. Onların azadlığa
buraxılması prosesində həm Avropa İttifaqının Gürcüstandakı
Monitorinq Missiyasının (EUMM) dəstəyi ilə fəaliyyət göstərən
'qaynar xətt' mexanizmi, həm də mərkəzi hökumətin sərəncamında olan
bütün müvafiq alətlərdən fəal şəkildə istifadə
edilib”, – DTX-nin bəyanatında deyilir.
Qeyd edək ki, Rusiya işğalçı qüvvələrinin nümayəndələri bu ilin 11
martında Plavismani kəndi yaxınlığında üç Gürcüstan vətəndaşını
qanunsuz olaraq saxlamışdılar. Onlardan biri tezliklə azad
edilmişdi, iki nəfər isə bu vaxta qədər girovluqda qalırdı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415