"Gürcü Arzusu"nun baş naziri İrakli Kobaxidze müsəlman icmasını
Qurban Bayramı münasibətilə təbrik edib.
Kobaxidze bu münasibətlə Dini Məsələlər üzrə Dövlət Agentliyinin
rəhbəri ilə birlikdə Tbilisi Cümə məscidini ziyarət edib.
O, müsəlman icmasının ölkənin inkişafına verdiyi mühüm
töhfələrindən danışıb və dövlətin gələcəkdə də onlara dəstəyini
davam etdirəcəyini qeyd edib.
“Ölkəmiz həm etnik, həm də dini müxtəlifliyi ilə fəxr
edir. Bizim aramızda formalaşmış münasibətlər və dostluq bizim üçün
çox qiymətlidir. Bu münasibətləri qoruyuruq və gələcəkdə də
qorumağa davam edəcəyik. Gürcüstan hökuməti müsəlman icmasının
maraqlarına maksimum dərəcədə diqqət yetirir və bu, gələcəkdə də
belə olacaq. Siz ölkəmizin tərəqqisi və inkişafında böyük rol
oynayırsınız və buna görə sizə təşəkkür edirəm”, –
deyə İrakli Kobaxidze bildirib.
Məsciddə toplaşmış müsəlman dindarları Qurban Bayramı münasibətilə
Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşaqmadze,
Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Şərqi Gürcüstanın müftisi
Etibar Eminov və Gürcüstan müsəlmanlarının şeyxi Faiq Nabiyev də
təbrik ediblər. Bayram namazında diplomatik korpusun nümayəndələri
də iştirak ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415