Gürcüstan Prokurorluğu Marneuli və Hucabi Yepiskopu Qiorqi
Camdelianinin ifadəsi əsasında araşdırmaya başlayıb.
Prokurorluğun yaydığı məlumata görə, faktla bağlı Gürcüstan Cinayət
Məcəlləsinin qəsdən adam öldürmənin hazırlanması ilə bağlı 18,
108-ci maddəsi ilə cinayət işi başlanıb.
“Gürcüstan Prokurorluğu Marneuli və Hucabi Yepiskopu
Qiorqi Camdelianinin qəsdən öldürülməsinin hazırlanması faktı ilə
bağlı yayılan bəyanatı əsasında araşdırmaya başlayıb.
Gürcüstan Prokurorluğu Cinayət Məcəlləsinin 18,108-ci (qəsdən adam
öldürmə) maddəsi ilə araşdırma aparır.
İstintaq çərçivəsində bütün zəruri istintaq və prosessual
fəaliyyətlər həyata keçiriləcək”, – Prokurorluğun
məlumtında deyilir.
İyunun 8-də Yepiskop Qiorqi Camdeliani kilsədə
keçirilən mərasimdə Gürcüstan hökumətinin üzvündən birinin ona
sui-qəsd planlaşdırdığını bildirib. Yepiskopun sözlərinə görə,
yüksək vəzifəli məmurla bir rahibə işləyirmiş və ona Yepiskopu
zəhərləmək tapşırığı verilmişdir.
Marneuli və Hucabi Yepiskopu yüksək vəzifəli məmurun adını çəkmir,
lakin bildirib ki, o, artıq fiziki təzyiqə məruz qalıb, bundan
sonra öz mühafizəçilərinin müşayiəti ilə Marneulidən qaçıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415