Merab Dvalişvili UFC titulunu müdafiə etdikdən sonra Trampla görüşüb
Merab Dvalişvili UFC 316 turnirində super yüngül çəki dərəcəsində amerikalı rəqibi Şon O'Mallini məğlub edərək UFC kəmərini ikinci dəfə uğurla müdafiə edib.

Gürcü döyüşçünün ümumilikdə artıq 20 qələbəsi var.

İyun ayının 8-də Nyuarkda (Nyu-Cersi, ABŞ) keçirilən döyüşü ABŞ prezidenti Donald Tramp da izləyib.

Qələbədən sonra Dvalişvili Trampa yaxınlaşıb, onunla bir neçə söz danışıb, əl verib və birgə şəkil çəkdirib.


“Bu nə gözəl andır – cənab prezident Donald Tramp bu günkü döyüşə qatılıb.

Hamınızı sevirəm, çox sağ olun!

Əvvəlcə Deyna Uayta təşəkkür edirəm!

Bu şirkəti yaratdığı üçün minnətdaram.

Mən dünyada ən yaxşı işi görürəm.

Məşq edirəm, sağlam qidalanıram və dünyanın ən yaxşısıyam, çempionam!



Mən heç nədən gəlmişəm – və çox minnətdaram ki, yeni nəsil üçün ilham mənbəyiyəm, onlara nümunə göstərirəm.

Haradan gəldiyin önəmli deyil, əsas odur ki, hara getdiyini biləsən və məqsədin olsun.

Dostlar, sizdən xahiş edirəm – xəyallarınıza inanın, onların ardınca gedin, çalışın və hər şey mümkün olacaq.

Əgər mən bacardımsa, siz də bacararsınız,”
- deyə Dvalişvili titulunu müdafiə etdikdən sonra bildirib

Qeyd edək ki, Merab Dvalişvili UFC çempionu titulunu ilk dəfə 2024-cü il sentyabrın 14-də, o vaxtkı çempion Şon O'Mallini məğlub etməklə əldə etmişdi. Bundan əvvəl o, UFC-nin üç sabiq çempionu – Jozé Aldo, Piter Yan və Henri Səhudonu məğlub etmişdi.
Qeyd edək ki, Merab Dvalişvili UFC çempionu titulunu ilk dəfə 2024-cü il sentyabrın 14-də, o vaxtkı çempion Şon O'Mallini məğlub etməklə əldə etmişdi. Bundan əvvəl o, UFC-nin üç sabiq çempionu – Jozé Aldo, Piter Yan və Henri Səhudonu məğlub etmişdi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google