Vahid Milli Hərəkatın siyasi şurasının keçmiş üzvü Kote İoseliani
öz “Facebook” səhifəsində 50 saniyəlik bir video yayımlayıb.
Videoda o, “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina
İvanişvilinin oğlu Uta İvanişvilidən üzr istəyir.
“Bu videonu bir neçə il əvvəl Uta İvanişvili ilə bağlı
etdiyim açıqlamaya görə üzr istəmək üçün çəkirəm. Bu müddət ərzində
“Facebook”da daim bu məsələ ilə bağlı paylaşımlar görürdüm. Səmimi
olaraq, Utadan üzr istəyirəm, çünki bu bir yalan idi və mən onun
oriyentasiyası haqqında heç vaxt heç nə eşitməmişəm. Bildiyim tək
şey – onun haqqında həmişə yaxşı danışırlar, normal insandır və
onun kişiliyi barədə danışırlar. Mənim dediyim bir yalan idi və üzr
istəmək heç vaxt gec deyil. Elə bir vəziyyət yaranmışdı ki, bu
formada danışmağa məcbur oldum. Həqiqətən peşmanam və bir daha
səmimi üzr istəyirəm,” – deyə İoseliani videoda
bildirir. Lakin o, hansı səbəblərin və ya şəraitin onu bu bəyanatı
verməyə vadar etdiyini izah etmir.
Qeyd edək ki, Kote İoselianinin “Facebook” səhifəsində son ictimai
paylaşımı 2020-ci ilin dekabr ayına olub. Onun paylaşımı pandemiya
dövründə idman zalı axtardığı vaxta təsadüf edir.
İoselianinin bu üzrxahlığı ehtimal ki, onun 2018-ci ildə verdiyi və
Uta İvanişvili ilə tanınmış ictimai-siyasi fiqur arasında guya
romantik münasibətlərin olduğunu nəzərdə tutan açıqlamasına aiddir.
Həmin açıqlamadan bir gün sonra o, artıq üzr istəmişdi və verdiyi
bəyanatları “şəhərdə yayılan dedi-qodulara” əsasladığını
bildirmişdi.
“Əgər qeyri-etik səsləndisə və kiminsə hisslərinə
toxundumsa, buna görə üzr istəyirəm”, – İoseliani o
vaxtı demişdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415