Gürcüstanın Təhsil Nazirliyinin tərkibində olan İnklüziv Təhsil
İdarəsi bundan sonra müstəqil struktur vahidi kimi fəaliyyət
göstərməyəcək.
İdarə Strateji Planlaşdırma İdarəsi ilə birləşdiriləcək. Bu barədə
məlumat mediada yayıldıqdan sonra Nazirliyin mətbuat xidməti xəbəri
təsdiqlədi.
İnklüziv təhsil bütün növ xüsusi təhsil ehtiyacı olan çagirdlərin
həmyaşıdları ilə birlikdə iştirak etdiyi bir prosesdir. Eyni
zamanda, fiziki məhdud olan şagirdlərin fərdi ehtiyacları nəzərə
alınır.
Nazirliyin açıqlamasında bildirilir ki, idarələrin birləşdirilməsi
qərarı ilə
“mövcud inklüziv inkişaf idarəsinə daha strateji
əhəmiyyət verilib”.
Əlilliyi olan şəxs və aktivist Ana Sixiaşvili isə bu addımı
inklüziv təhsilin artıq prioritet olmaması kimi qiymətləndirir.
“O zaman ki, sən bu idarəni ləğv edir və digər
sahələrlə birləşdirirsən, bu o deməkdir ki, bu məsələ artıq önəm
daşımır,” – deyə o, “TV Pirveli” ilə müsahibəsində
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415