12-ci sinif şagirdləri üçün sərbəst iştirak etmə ləğv olunub
17:58 / 16.04.2019
Təhsil, Elm,
Mədəniyyət və İdman Nazirliyi tərəfindən ümumi təhsil haqqında
qanunda irəli sürülən dəyişikliklər əsasında ictimai məktəblərdə
attestat imtahanları ləğv olundu.
Bundan dolayı 2018-2019-cu tədris ilində 12-ci sinif şagirdləri
üçün sərbəst iştirak etmək rejimi qüvvədə olmayacaq və onlar üçün
tədris ili 20 may tarixindı başa çatacaq.
“Bu il yekun sinif şagirdləri üçün 30% və daha artıq
dərsdə iştirak etməməyə görə eksternat imtahlarına qeydiyyat dövrü
21-22 mayda, imtahan dövrü isə 23 maydan 31 maya qədər müəyyən
edilib.
Eksternat imtahanlar üçün şagirdlərin qeydiyyatı ictimai məktəblər
tərəfindən elektron həyata keçiriləcək. Eksternat imtahanları isə
məlum olduğu kimi milli tədirs planına əsasən, əgər baza-orta
pillələrdə şagird tədris ili ərzində konkret fənn saatının 30% və
daha artığında iştirak etməyibsə o yalnız eksternat imtahanını
verməsi əsasında dəyərləndirilir.
Xatırladaq ki, sərbəst iştirak təcrübəsi 2012-2013-cü tədris
ilindən qüvvədə idi. Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi
tərəfindən müəyyən edilmiş qrafikə əsasən məktəb buraxılış
imtahanları tədris ili başa çatan kimi başlayırdı. Həddindən artıq
dərsdə iştirak etməmək qeydi olan şagirdlərin eksternat qaydası ilə
qiymətləndirilməsi prosesi bu vaxta qədər başa çatmalı olurdu. Məhz
buna görə nazirliyin qərarına əsasən 12-ci siniflər üçün hər il,
sərbəst iştirak etmək rejimi tədris ili başa çatmamışdan bir ay
əvvəl başa çatdırılırdı və bu dördə onların iştirak etmədikləri
dərs saatları artıq toplanmış saatların sayına əlavə
olunmurdu” – Təhsil Nazirliyinin bəyanatında
deyilir.