Nazirlik: Bu il qeyri-gürcü dilli məktəblər yeni dərsliklər əldə edəcəklər
Təhsil Nazirliyi dərsliklərin nəşr edilməsi ilə bağlı tender elan edib. I-VI sinifin 1 817 800 kitab və dəftərinə, eləcə də VIII-XII sinifin 355 160 kitab və məktəb dəftərinə 7 milyon 790 239 lari xərclənəcək.

Nazirliyin məlumatına görə, yeni tədris ilindən yenilənmiş dərsliklər yeddinci sinif şagirdləri üçün də nəşr olunacaq, VIII-XII siniflər isə yenə də köhnə dərsliklərlə təhsil alacaqlar.

Gürcüstanın Təhsil Nazirliyindən Batumelebi-yə deyiblər ki, 2019-cu ildə yeni dərsliklər qeyri-gürcü dilli məktəblər üçün də nəşr olunacaq.

Nazirliyin məktəbəqədər və ümumtəhsilin inkişafı departamentinin rəhbər müavini Eka Lejava deyir ki, yeni dərsliklər qeyri-gürcü dilli məktəblərə birincidən altıncı sinifə qədər veriləcək.

“Bu yenilənmiş, yeni milli planla nəzərdə tutulmuş dərsliklər olacaq. Üç dildə nəşr olunub: Erməni, azərbaycan və rus dilində. Gürcü dili və ədəbiyyatı dərslikləri də yenilənəcək” – Eka Lejava deyir.

QHT “Mülki İnteqrasiya və Millətlərarası Əlaqələr Mərkəzinin” məlumatına görə, 2013-cü ilin araşdırmasına əsasən Gürcüstanda 213 qeyri-gürcü dilli məktəb və 77 sektor var. Bundan 85 məktəb tam azərbaycan dillidir, 11 rus dilli, 117 isə erməni dillidir. Bu məktəblərdə 2014-cü ilin göstəricilərinə görə 60 minə yaxın şagird oxuyur.

Yenilənmiş dərslikləri qeyri-gürcü dilli məktəblərdə hələ keçən ildən daxil olmalı idi. Ancaq tender pozuldu və ona görə də dərsliklər nəşr olunmadı.

Mənbə: batumelebi.netgazeti.ge
Print Email
FaceBook Twitter Google