Marneulidə şagirdlər arasında bilik yarışı keçirildi (FOTO)
Bu
gün, 15 iyun tarixində Marneulidə 9-11-ci sinif şagirdləri arasında
“Nəriman Nərimanov” adına bilik yarışı keçirildi. Yarış
"AtaHolding" idman kompleksində baş tutdu.
Yarışın təşkilatçısı Gürcüstan
Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) idi. Yarışmada 9
komanda iştirak edirdi. Həmin komandalar Marneuli, Qardabani,
Bolnisi məktəbləri, həmçinin Tbilisi 64 saylı ictimai məktəbini
təmsil edirdilər.
Tədbiri giriş sözü ilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya
Mərkəzinin direktoru Aygül İsayeva açaraq qonaqları salamladı. O,
bidirdi ki, “Nəriman Nərimanov” adına bilik yarışı Gürcüstanda ilk
dəfə təşkil olunur və bu cür təbirlər davamlı keçirləcək.
Aygül İsayeva daha sonra yarışmanın şərtləri barədə iştirakçılara
məlumat verdi və yarışda ilk iştirak edəcək komandalar püşkatma ilə
müəyyənləşdirildi.
İştirakçılar hər birində üç komanda olmaqla 3 qrupa ayrldılar və
hər qrupda qalib gələn komanda final mərhələsinə keçdi.
Finala keçid alan “Günəş”, “Teen Wolves” və “Zəka” komandalarının
mübarizəsində isə ən yaxşı nəticəni göstərən “Günəş” komandası
yarışın qalibi oldu. 2-ci yeri “Teen Wolves”, 3-cü yeri isə “Zəka”
komandası tutdu.
Yarışın sonunda bu komandalara müvafiq olaraq kubok və sertifikat
təqdim olundu. Həmçinin, qalib komandanın üzvləri (I yerin sahibi)
“GAİM”-in sentyabr ayında təşkil edəcəyi kurslarda (yalnız bir
kursda) imtahansız iştirak etmək hüququ qazandılar.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166