Tbilisi Cümə məscidindəki kitabxananın 1 il ərzində cəmi 1000 nəfər oxucusu olub
Tbilisidə oxuyan tələbələrimizin bəzilərinin kitabxanalar haqqında məlumatları yoxdur. Bu səbəbdən biz də Tbilisi Cümə məscidində fəaliyyət göstərən kitabxana haqda sizlərə məlumat vermək istəyirik.

Kitabxananın yerləşdiyi ərazidə kitabxana ilə yanaşı üç otaq da fəaliyyət göstərir. Bu otaqlar idarənin tərkibində fəaliyyət göstərən Muslim Media, konfrans zalı və sinif otağıdır. Kitabxana təqribən 4 ildir ki, fəaliyyətdədir və burada fərqli universitetlərdən olan 370-dən çox tələbə qeydiyyatdan keçiblər.

Bu kitabxanada azərbaycan kitablarından başqa gürcü, rus dillərində romanlar, əsərlər və psixologiyaya aid, həmçinin dini mövzuda kitablar da var. Şeyx Ramin İgidovun bildirdiyinə görə, kitabxanaya kitablar Gürcüstan Müsəlmanlar İdarəsinin dəstəyi ilə ildə 2-3 dəfə Bakıdan gətirilir.

Kitabxanada işləyən və daim gənclərə öz məsləhətləri ilə yardım edən Zərqələm Cəfərovanın 29 yaşı var və 4 ildir ki, bu kitabxananın rəsmi işçisidir. O, deyir ki, Tbilisidə ən çox oxucusu olan məhz elə bu kitabxanadır. İldə 1000 nəfərdən çox oxucusu olur.

“Həftənin 3-cü və 5-ci günləri saat 10-dan 17-dək oxucularımız üçün fəaliyyətdə oluruq. Yay aylarında kitabxana bağlı olur və sentyabrdan açılacaq”.

Zərqələm deyir ki, gənclər telefonlarını bir kənara qoyub bədii kitablar oxumağa həvəs göstərmələri insana xoşdur, amma təəssüf ki, bir çoxları aldıqları kitabları geri qaytarmırlar və yaxud kitabları söz verdikləri vaxtda çatdırmırlar. Z.Cəfərova kitabların vaxtında və zərər yetirmədən qaytarılmasını tələb edir.

“Bəzi kitablardan bir ədəd olduğu üçün digər oxucuların istəklərini yerinə yetirə bilmirik. Biz də zəng edib istəyən zaman bizi boruclu çıxardaraq əsəbləşirlər. Bəzi oxucular da telefon nömrələrini səhv verərək bizi aldadırlar. Məsuliyyət oxucuların boynundadır, biz fəaliyyətimizi bir işçi kimi göstəririk, siz də alıb oxuduğunuz kitabları söz verdiyiniz vaxtda qaytarmalısınız”, – Zərqələm deyir.

Qeyd etmək lazımdır ki, kitabxanada oxuculara kitab 15 gün ərzində qaytarmaq şərti ilə verilir.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google