Meriya Milli Müəllim Mükafatının sahibi Qiorqi Çauçidzeyə 2000 lari dəyərində məbləğ verib
Marneuli Meriyası 2019-cu ilin Milli Müəllim Mükafatının sahibi Qiorqi Çauçidzeyə pul mükafatı olaraq 2000 lari verib. Tədbir 9 oktyabrda Mədəniyyət Evində keçirilib.

2019-cu ilin Milli Müəllim Mükafatının sahibi Marneulili pedaqoq Qiorqi Çauçidze olub. Ona mükafat olaraq 10 000 lari dəyərində məbləğ veriləcək. Qalib 5 oktyabrda, beynəlxalq müəllimlər günü müəyyən edilib.

Qiorqi Çauçidze uzun illərdir pedaqoq olaraq çalışır, o, 2012-ci ildən Marneulidə, Şaumiyani 3 saylı ictiami məktəbində fəaliyyət göstərir. İndi isə Marneulinin 2 saylı ictimai məktəbində gürcü dili və tarix müəllimi olaraq çalışır.

Milli Müəllim Mükafatı müsabiqəsi Gürcüstanda artıq üçüncü dəfədir keçirilir.

Print Email
FaceBook Twitter Google