Mollaoğlu ictimai məktəbində “Son Zəng” keçirildi (FOTO)
15 iyun tarixində Marneuli rayonunun Mollaoğlu ictimai məktəbində “Son Zəng” keçirildi. Tədbirdə müəllimlər, şagirdlər və kənd sakinləri iştirak edirdilər. Bu il məktəbi 8 oğlan, 8 qız bitirərək, məzun oldular. Tədbirdə iştirak edən məktəb müəllimləri məzunları təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzu etdilər.

Məktəbin direktoru Mahmud Nəsibov tədbirdə çıxış edərək bildirdi ki, Mollaoğlu ictimai məktəbində 208 şagird təhsil alır. Bu gün onlardan 16 şagird artıq məzun oldular.

Məktəbin şagirdləri məzunlar üçün bir-birindən maraqlı səhnəciklər, rəqslər hazırlamışdılar. Məzunlar "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdilər ki, 12 il birlikdə təhsil aldıqları sinif yoldaşlarından ayrılmaq onlar üçün çox çətindir.

"Son zəng mənim üçün həqiqətən çox maraqlı və əyləncəli keçdi. Məktəbimizin istedadlı şagirdləri tərəfindən gözəl tamaşalar nümayiş olundu. Orta məktəbi bitirməyimiz indi bizim ali təhsilimizin başlanğıcıdır. Buna görə də hər birimiz yeni həyatımızı məktəbin son gününü oynayaraq, gülərək, əylənərək qeyd etdik", – Mansur Nəsibov dedi.

"Son zəng mənim üçün məktəbi başa vurmaq, gəncliyə bir addım daha yaxınlaşmaq və həyata fərqli baxış bucağından baxmaq deməkdir. Bu bəzi məzunlar üçün universitetə qəbul olmaq arzusu, bəzisi üçün peşə məktəbləri və s. olmaq deməkdir. Hər bir məzuna bu yeni həyatda uğurlar arzu edirəm!",
– məzun Gülçin İsmayılova dedi.

Qeyd edək ki, bu il Mollaoğlu ictimai məktəbi 48-ci buraxılışını edib.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google