Marneuli məktəblərində Qəyyumlar Şuraları seçilib
Marneuli məktəblərində Qəyyumlar Şuraları seçilib. Seçkilər 20 iyun tarixində, Marneulinin 74 təhsil müəssisəsində keçirilib. Yerli Resurs Mərkəzin direktor səlahiyyətlərini icra edən Əli Qəhrəmanov bildirdi ki, ikinci turun keçirilməsinə yalnız Marneuli şəhər 2 saylı ictimai məktəbində ehtiyac yaranıb.

“Qəyyumlar Şurası seçkilər hər yerdə obyektiv şəkildə keçirildi. Marneuli şəhər 2 saylı ictimai məktəbində ikinci turun keçirilməsi lazım gəldi. Valideyni seçə bilmədilər, ona görə seçkilər 23 iyunda təkrar keçirildi”,
– Əli Qəhrəmanov bildirdi.

Qəhrəmanovun sözlərinə görə, məktəblərin yenilənmiş şuraları yaxın günlərdə öz funksiyalarını yerinə yetirməyə başlayacaqlar.

Şura valideyn və pedaqoqlar şurası tərəfindən bərabər sayda, 3 il müddətinə seçilmiş ən az 6 ən çox 12 nümayəndədən, orta pillə şagirdlər özünüidarəsi tərəfindən seçilmiş 1 nümayəndədən ibarətdir. Məktəbərdə Qəyyumlar Şurasının əsas funksiyası direktor seçmək, büdcəni istifadəyə vermək və daxili nizam-intizamı müəyyən etməkdir.

Print Email
FaceBook Twitter Google