Marneulidə 1 905 birinci sinif şagirdinə kompüterlər veriləcək
Marneuli bələdiyyəsi yeni 2022-2023-cü tədris ilində ictimai məktəblərə 1905 birinci sinif şagirdi qəbul edəcək.

Yerli Resurs Mərkəzin nümayəndəsi İrma Davadzenin sözlərinə görə, məktəblər artıq şagirdlərə veriləcək texnikanı alıb. Leptoplar uşaqlara “Mənim ilk kompüterim” proqramı çərçivəsində paylanacaq.

Elm və Təhsil Nazirliyi birinci sinif şagirdlərinə və onların sinif rəhbərinə “Mənim ilk kompüterim” proqramı çərçivəsində 2011-ci ildən kompüter verir.

Resurs Mərkzədən bildirirlər ki, kompüterlərdən əlavə şagirdlərə kitablar da veriləcək.

Marneuli bələdiyyəsi miqyasında ümumilikdə 74 ictimai məktəb fəaliyyət göstərir. Bu il iki məktəbin - Tserakvi və Ağkula ictimai məktəblərinin birinci sinif şagirdləri olmayacaq.

Gürcüstanda ictimai məktəblər təhsil prosesinə 15 sentyabrda başlayacaqlar.

Print Email
FaceBook Twitter Google