Niderland Krallığının Gürcüstandakı səfiri “Yeni Düşüncə İnstitutu”nun qonağı olub (FOTO)
9 sentyabr tarixində Niderland Krallığının Gürcüstandakı səfiri Maaike Van Koldam “Yeni Düşüncə İnstitutu”nun qonağı olub. Səfirlə görüşdə “Yeni Düşüncə İnstitutu”nun üzvləri də iştirak ediblər.

Səfir “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, orada olduğu üçün çox şaddır.

“Burada olduğuma görə şadam. Biz Kamran və Arizlə çoxdan tanışıq. 2018-ci ildə Niderland Səfirliyinin “İnsan Hüquqları Mükafatını” aldılar. Onlar ikinci oldular, biz onların işləri ilə buradan tanışıq. Bugünkü görüşə gəlincə, mən çox təsirləndim, çünki bu, böyük gənclik qrupudur. Çox gözəl suallar verdilər, mənim də onlara sual vermək, fikirlərini eşitmək imkanım oldu. Söhbət siyasətdən və başqa məsələlərdən gedirdi. Tbilisiyə qayıdanda səfir kimi yaxşı istifadə edəcəyim çox mühüm mesajlar aldım. Bu insanlar Gürcüstanın gələcəyində mühüm rol oynaya biləcəklər. Gürcüstan vətəndaşlarıdır və onlarla görüşmək mənim üçün böyük şərəfdir”.

Ariz Daşdəmirli və Kamran Əfəndiyev təşkilat haqda səfirə məlumat verdilər. Ariz Daşdəmirinin sözlərinə görə, Niderland səfirinin təşkilatda qonaq olması onlar üçün çox sevindirici haldır.

“Bizim üçün çox sevindirici haldır ki, Niderlandın Gürcüstandakı səlahiyyətli səfiri bizim qonağımız oldu. Görüşümüz başdan sona çox maraqlı şəkildə davam etdi. İlk öncə təşkilatımızın fəaliyyətləri haqqında slaydların köməyi ilə məlumat verdik. Xanım Van Koldam gənclərimizin fikirlərini dinlədi. Suallarını cavablandırdı. Çox maraqlı müzakirələr etdik. Maraqlı məsələlərə toxunduq və gələcək əməkdaşlıqlar barədə razılığa gəldik. Sonda isə səfir özü ilə gətirdiyi 6 ədəd kompüter monitorunu və müxtəlif hədiyyələri bizlərə təqdim etdi. Sonda isə təşkilatımıza uğurlar arzuladı. Düşünürəm ki, görüş hər iki tərəfə də xoş təəssürat bağışladı”.

“Yeni Düşüncə İnstitutu”nda baş tutan görüş müzakirə formasında davam etdi. Səfir gənclərə dəftərxana ləvazimatları, eləcə də təşkilata monitorlar hədiyyə edib.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google