Marneulili Luka Andiaşvili ən yaxşı 501 tələbənin arasında yer alıb
Marneulili Luka Andiaşvili ölkə miqyasında ən yaxşı 501 abituriyent arasında yer alıb.

Marneuli 5 saylı ictimai məktəbinin məzunu vahid milli imtahanlarda 100% qrant qazanıb. Luka Qafqaz Universitetinin hüquq fakültəsində tam maliyyələşdirmə ilə təhsil alacaq.

“Uşaqlıqdan öz gələcəyimi hüquq sahəsinə bağlamaq istəyirdim. Universitetləri seçən zaman çox düşünmədim. Birmənalı şəkildə qərar qəbul etdim ki, Qafqaz Universitetinə qəbul olum. Həqiqətən də dillə ifadə olunacaq hiss deyil. Eşidirsən ki, ölkənin ən yaxşı 501 abiturieynti arasında yer alıbsan Abituriyentlərə məsləhət görürəm ki, maksimum dərəcədə bu ildən səmərəli istifadə etsinlər və məqsədlərinə doğru inamla addımlasınlar. Zəhmət həmişə nəticə verir”,
– Qafqaz Universitetinin yayımladığı məlumatda qeyd olunub.

“Marneuli” radiosu 2 sentyabr tarixində Luka Andiaşvili ilə müsahibə yazmışdı. O, bildirmişdi ki, uğura səbəb olan əsas amil zəhmətdir. Ancaq öz bacarıqlarını göstərmək istədiyin, düzgün seçilmiş ixtisas da ən az bunun qədər mühümdür.

Luka Andiaşvili müəyyən dövr ərzində xaricdə təhsil almağı da planlaşdırır. Ancaq mütləq geri qayıdacağını və qazandığı biliyi öz vətənində bölüşəcəyini deyir.

Print Email
FaceBook Twitter Google