Gürcü dili ikinci dil kimi fənn müəllimləri gediş haqqının ödənilməsi üçün meriyada sənədləri yeniləməli olacaqlar
Marneuli meriyası qeyri-gürcüdilli məktəblərin gürcü dili müəllimlərinin gediş haqqının ödənilməsi üçün eyni sənədləri təkrar təqdim etməyi tələb edir. Söhbət yerli özünüidarənin hər ay gediş haqqını 50 lari dəyərində maliyyələşdirdiyi gürcü dili ikinci dil kimi fənn proqramına qoşulmuş müəllimlərdən gedir. Gizliliyi qorumaq şərti ilə müsahibə yazdığımız müəllimlər bildirdilər ki, onlar üçün neçə aydan bir sənədləri yenidən təqdim etmələrinin səbəbi aydın deyil. Həmin sənədlərə faktiki olaraq meriyanın verdiyi pulu xərcləyirlər.

“Sənədləri mayda vermişik (yaşayış yerindən arayış, bank rekvizitləri və s.). Sentyabrda məktub gəldi ki, direktor başqa şəhərlərdən məktəbə nəqliyyatla gələn şəxslərin məlumatını göndərməli idi. Sonra müəyyən etdik ki, yalnız bu lazım deyilmiş və bir neçə ay əvvəl təhvil verdiyimiz sənədləri yenidən təqdim etməliyik. Öyrənəndə artıq gec idi. Faktiki olaraq vaxt bitmişdi və təcili surətdə bunu etməyə başladıq. Bunun üçün zaman, maliyyə lazımdır və bir az da aydın deyil, niyə direktorun təqdim etdiyi siyahı etibarsızlıq yaratsın və hər üç-dörd aydan bir pul xərcləməli olaq”.

“Sənədlərin bir qisminə pul ödədik, növbədə durduq, vaxt və pul sərf etdik. İndi yenə tələb edirlər. Bu məsələ nə isə normal görünmür, yazda bilmirdilər ki, sentyabrdan yeni tədris ili başlayacaq və audit yeni sənədlər tələb edəcək?”

“Bir neçə gün əvvəl, ötən həftənin sonu məktəbə məktub gəldi ki, həmin sənədləri yenidən toplamalıyıq. May ayının sonunda Marneuli meriyasına vermişdik ki, gediş haqqını qarşılasınlar. Ən çətini məlumat kartını almaqdır. Vaxt lazımdır, Ədliyyə Evində növbəyə durmalısan və eləcə də sürətləndirilmiş qaydada aldığımız halda pul da ödəməli oluruq. Həqiqətən də vaxtım yoxdur, məktəbdən qayıdanda artıq elə vaxt olur ki, heç bir qurum işləmir. Ona görə ala bilmirəm”,
– Marneulidə işləyən müəllimlər deyirlər.

Marneuli meriyasından qeyd olunan məsələ ilə bağlı olaraq bildirirlər ki, müəllimlər ildə bir dəfə yerli özünüidarədə sənədləri yeniləməli olacaqlar. Həmin sənədlərin may ayında təqdim olunmasını isə Bələdiyyə Məclisinin yeni sərəncamı ilə açıqlayırlar.

“İlin başlaması ilə əlaqədar yeni sənədləri qəbul edirik. Mayda sənədləri təqdim edən zaman onların may və iyun ayına olan gediş haqları qarşılandı. Bələdiyyə Məclisinin sərəncamına görə, 10 ay ərzində gediş haqqı ödənəcək. Yeni illə əlaqədar sənədləri də yenidən təqdim etməlidirlər ki, sentyabrdan 10 aylıq nəqliyyat xərclərinin ödənilməsinə başlanılsın”, – Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər.

Qeyd edək ki, Marneuli Bələdiyyə Məclisi 140 müəllimin gediş haqqının ödənilməsi məsələsini 2022-ci ilin 18 aprelində təsdiq edib. Hər müəllimin gediş haqqı olaraq meriya illik 500 lari maliyyələşdirir. 140 müəllimə isə 10 ay ərzində büdcədən 7 000 lari ayrılır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər