9 noyabr tarixində “Gürcüstan Strateji Araşdırmalar
və İnkişaf Mərkəzi” tərəfindən “İcma Liderlərinin Forumu”
keçirilib.
Forumda iştirak edən “Yeni Düşüncə İnstitutu” münsiflər heyyəti
tərəfindən seçilərək Gürcüstan miqyasında təşəbbüskar icma mərkəzi
olaraq birincilik əldə edib.
Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “NTİ”-ın
təsisçilərindən Kamran Əfəndiyev verdi.
Onun sözlərinə görə, görülən işlərin insanlar tərəfindən
dəyərləndirilməsi qürurverici hissdir.
“
Bu çox dəyərli və ifadəsi çətin olan bir hissdir.
Məsuliyyətimizi daha çox artırdı. İnsanların bizdən gözləntiləri
var. Vətəndaş cəmiyyətini gücləndirmək üçün daha çoxçalışmalıyıq.
Gördüyümüz işlərin insanlar tərəfindən belə yüksək
qiymətləndirilməsi bizim üçün qürurvericidir”.
Əfəndiyev deyir ki, forumda 150-dən artıq QHT və donor
təşkilatların nümayəndələri, media işçiləri, fəallar və digər
maraqlanan gənclər iştirak ediblər.
Forumun sonunda “Yeni Düşüncə İnstitutu” birincilik əldə etdiyinə
görə, Kamran Əfəndiyevə pul və digər mükafatlar təqdim olunub.
Məlumat üçün bildirək ki, baş tutan forumda Gürcüstanın bütün
regionlarında fəaliyyət göstərən İcma Mərkəzlərinin liderləri
iştirak edərək öz təşəbbüs və ideyalarını bir-biri ilə və eləcə də
iştirakçılarla bölüşüblər.