Marneuli 1 saylı uşaq bağçası nə zaman açılacaq
Marneuli 1 saylı uşaq bağçasının açılması bağçaya mebelin gətirilməsindən asılıdır. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə 1 saylı uşaq bağçasına hər növ inventar aparılıb, yalnız mebel qalıb.

“1 saylı bağçaya, demək olar, bütün inventar aparılıb, yalnız mebel qalıb. Bu gün tenderdə qalib gəmiş şirkətdən bildiriblər ki, mebeli də maksimum bir həftəyə gətirəcəklər. Tenderlər elan edilmişdi və məişət texnikası, oyuncaqlar, digər əşyalar da alınıb. Biz bağçanın açılışına hazırıq. Sadəcə mebel lazımdır. Mebel gətirildikdən sonra maksimum 10 günə bağçanı açacağıq”.

Zaur Kərəmovun sözlərinə görə, 1 saylı uşaq bağçası 2022-ci ilin dekabr ayına qədər açılacaq. Qızılhacılı uşaq bağçası ilə bağlı isə tenderin ilk qalibi olan şirkət öhdəliyini yerinə yetirə bilməyib və buna görə tenderdən kənarlaşdırılıb. İndiki mərhələdə isə yeni şirkətlə yeni müqavilə bağlanır.

Qeyd edək ki, bələdiyyə miqyasında ümumilikdə 14 uşaq bağçası var. Onlardan ikisində bərpa prosesinə görə təhsil dayandırılıb.

"Marneuli" Radiosu
Print