Hesablarımızın təhlükəsizliyi üçün bəzi məsləhətlər
Diqqət edilməsi vacib olan məqamlar! Məsləhətlər:

1. Hər bir yerdə, hər bir sahədə şifrələrinizin sistem tərəfindən verilən “default” şifrələr olaraq qalmamasına diqqət edin! (Serverlərdə, Saytlarda, Maillərdə, Program təminatlarında, İnternetə bağlandığınız Modemlərdə, Routerlərdə, Access-Pointlərdə, Wi-Fi, DVR və ya kamerlarda, Kompüterlərdə, Telefonlarda, Smart TV-lərdə, və s.)

2. Şifrələrinizin aşağıda göstərilən ən təhlükəli və ən çox rast gəlinən şifrələr silsiləsindəki şifrələrə bənzər olmamasına diqqət edin! Klaviaturada düzülən ardıcıl hərf, rəqəm, simvollardan istifadə etməyin!

3. Şifrələrinizdə yuxarıda sadalanan və sadalanmayan, şəxsi məlumatlar istifadə etməyin! (telefon nömrələri, ad, soyad, doğüm tarixi, yaşadığı yer, maşın nömrəsi, markası, övladınızın adı, telefon markası, ləqəbiniz və s.)

4. Müxtəlif hesablarda eyni şifrələrdən istifadə etməyin! (Bir çox insanlar müxtəlif maillərində və ya hesablarında eyni şifrələri istifadə edirlər. Daha kritik olan isə bir çox web-studialar və ya web-masterlər yığdıqları bütün saytlarda eyni “username” və “şifrəni”i istifadə etməklə yaratdığı bütün saytların təhlükəsizliyini, yaratmış olduğu resurslar zəncirinin zəif haqlasına bağlamış olurlar. Bu bizim bir çox analizlərdə rast gəldiyimiz yolverilməz xətadır!)

5. Müxtəlif hesablarda müxtəlif şifrələrin istifadəsi zamanı və ya eyni sistemdə müxtəlif istifadəçilərin (user) şifrələri üçün eyni şifrə Algoritmindən istifadə etməyin!(Misal: əhmədface, əhmədgmail, əhmədbaza və ya əhməd123, mamed123, sakit123...)

6. Şifrələrinizi mütamadi olaraq dəyişin. Normal dəyişilmə müddəti 3 ay.

7. Hər hansı bir internet resursunu bir yerdən başqa yerə keçirərkən mütləq şifrələrini dəyişin və əvvəlki serverdən “backup”ınızı silin!

8. Şifrələrinizi heç bir zaman kağıza yazıb kompüterinizin ekranına yapıştırmayın!

9. Şifrələrinizi heç bir zaman hər hansı .txt, .word, .xls və sair fayllara yazın kompüterinizdə saxlamayın!

10. Şifrələrinizi heç bir zaman browser-lərinizin keşində saxlamayın. (avtomatik browser yaddaşında)

11. Heç bir zaman şifrələrinizi anonim proxy-lərdə istifadə etməyin! Anonim proxy-lərdən istifadə zamanı o, sizin “username” və “şifrə”lərinizi həmişə gizli formada öz məlumat bazasında saxlayır.

12. Çalışın “double authentication” (ikiqat identifikasiya) olan sistemlərdən istifadəyə üstünlük verəsiniz.

13. Məsləhətdir ki, şifrələrinizi aşağıdakı linkdə göstərilmiş xidmət vasitəsi kimi təhlükəsizlik səviyyəsi güclü olan şifrə generasiya edən xidmətlərdən istifadə edərək dəyişəsiniz. (Minimum 10-12 qarışıq simvol olmaqla.) http://strongpasswordgenerator.com/



Ən təhlükəli və ən çox rast gəlinən şifrələr silsiləsinə nümunə:

1234

12345

123456

1234567

12345678

123456789

1234567890

0123456789

admin

admin1

admin12

admin123

password

password1

password12

password123







Print Email
FaceBook Twitter Google