Ədəbiyyatşünas, dilçi Nodar Natadze 93 yaşında vəfat etdi
Ədəbiyyatşünas, dilçi, birinci çağırış Gürcüstan Respublikası Ali Şurasının üzvü, Gürcüstanın müstəqilliyinin bərpası haqqında Aktı imzalayanlardan biri, Nodar Natadze 93 yaşında vəfat etdi.

Nodar Natadze 1957-1963-cü illərdə Gürcüstan Elmlər Akademiyasının Dilçilik İnstitutunda elmi əməkdaşı; 1963-1969-cu illərdə Gürcüstan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi; 1969-cu ildən Gürcüstan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun şöbə müdiri; 1990-1991-ci illərdə birinci çağırış Gürcüstan Respublikası Ali Sovetinin üzvü olub; Gürcüstanın dövlət müstəqilliyinin bərpası haqqında akt imzalayıb.

Nodar Natadze bir çox elmi və publisistik əsərlərin, monoqrafiyaların müəllifi olub.

Mənbə:
Birinci Kanal

Print Email
FaceBook Twitter Google