Ədəbiyyatşünas, dilçi, birinci çağırış Gürcüstan Respublikası
Ali Şurasının üzvü, Gürcüstanın müstəqilliyinin bərpası haqqında
Aktı imzalayanlardan biri, Nodar Natadze 93 yaşında vəfat etdi.
Nodar Natadze 1957-1963-cü illərdə Gürcüstan Elmlər Akademiyasının
Dilçilik İnstitutunda elmi əməkdaşı; 1963-1969-cu illərdə Gürcüstan
Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi; 1969-cu
ildən Gürcüstan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun şöbə
müdiri; 1990-1991-ci illərdə birinci çağırış Gürcüstan Respublikası
Ali Sovetinin üzvü olub; Gürcüstanın dövlət müstəqilliyinin bərpası
haqqında akt imzalayıb.
Nodar Natadze bir çox elmi və publisistik əsərlərin,
monoqrafiyaların müəllifi olub.