ADA Universiteti məktəb müəllimləri və ADA-da magistr təhsili almaq istəyən şəxslər üçün Azərbaycana tanışlıq turu təşkil edir
ADA Universiteti bu ilin 9-11 dekabr tarixlərində Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli orta məktəblərin müəllimləri və ADA-da magistr təhsili almaq istəyən şəxslər üçün tanışlıq turu təşkil edəcək.

Bu barədə "Marneuli" radiosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində qonaqların ADA Universiteti (Bakı şəhəri) və Qazax Müəllimlər Seminariyası ilə tanış olmaq imkanları olacaq.

Tanışlıq turunda iştirak etmək üçün müraciət edən şəxslərin seçimi ADA Universiteti tərəfindən həyata keçiriləcək. Səfərlə bağlı bütün xərclər isə ADA Universiteti tərəfindən qarşılanacaq.

ADA Universitetinin tanışlıq turunda iştirak etmək istəyən şəxslərin 2022-ci il 25 noyabr tarixinədək əlavə olunan müraciət formasını dolduraraq Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin CLOAKING ünvanına göndərmələri xahiş olunub.

Səfərlə bağlı ətraflı məlumat almaq istəyən şəxslər, həmçinin Səfirliklə +995-577-60-60-06 nömrəsi ilə telefon əlaqəsi də saxlaya bilərlər.

Ərizə formasaı.

Print Email
FaceBook Twitter Google