Qaraçöpdə “Parlaq gələcək” kitab evinin açılışı olub (FOTO)
20 noyabr tarixində Saqareco Bələdiyyəsinin Qaraçöp (Yormuğanlı) kəndində yerli müəllimlərin təşəbbüsü və əhalinin maddi dəstəyi ilə “Parlaq gələcək” kitab evinin açılışı olub. Kitab evinin açılışında kənd sakinləri, dəvət olunmuş qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təşkilatçıların sözlərinə görə, “Parlaq gələcək” kitab evinin əsas məqsədi Qaraçöp bölgəsində yaşayan yüzlərlə şagirdin qeyri-formal təhsil almasına və bir sıra aktivliklərdə iştirak etməsinə şərait yaratmaqdır.

Tədbirdə Marneulili mülki fəal Samirə Bayramova da iştirak edib. O, kitabxanaya “Etnik və dini rəngarənglik” adlı kitab hədiyyə edib.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google