Azərbaycan Diplomatik Akademiyası (ADA Universiteti) Gürcüstan
azərbaycanlıları üçün Azərbaycan dilində
“Təhsil üzrə menecment” və “Təlim və Tədrisin Təşkili və
Metodikası” üzrə magistr təhsili almaq üçün geniş imkanlar yaradır.
Bu ixtisaslar hibrid formada - əyani və distant (daha çox onlayn)
formada tədris ediləcək. Dərslərin böyük qismi onlayn olacaq, ona
görə də işləyənlər üçün rahat və əlverişlidir. Proqramda Azərbaycan
dili və Ədəbiyyat fənninin tədrisi də nəzərdə tutulur. Gürcüstan
vətəndaşları təhsil haqqından azad olmaq üçün 100 faizlik qrantdan
yararlana bilərlər, bunun üçün hər semestr ədədi orta bal (GPA)
minimum 3 olmalıdır. Gürcüstan azərbaycanlıları imtahan vermədən,
sənədləri (ərizə forması, CV, bakalavr diplomu, diploma əlavə,
motivasiya məktubu, pasport) təqdim etməklə və müsahibədə iştirak
etməklə qəbul ola bilərlər.
Son müraciət tarixi: 1 Aprel, 2023-cü il
Əlavə məlumat üçün əlaqə saxlayın: Mahnur Abbasova -
CLOAKING
və ya Aygül İsayeva – 577 10 54 10
Onlayn formada qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:
ada.edu.az/apply
Müraciət edərkən nəzərə alın: (First time user account creation;
Login; pin (6 rəqəm); Application type: Graduate Application
INTL).