Merneulili tibb işçilərinə Tibb Bacılarının İxtisas Mərkəzi haqqında məlumat verilib
21 sentyabr tarixində Marneuli İctimai Kitabxanasında Marneulili tibb bacıları və kolleclərin tibb nümayəndələri ilə məlumatlandırıcı görüş keçirilib.

İştirakçıları USAİD-in Marneulidəki “Geo Hospitals” Çoxşaxəli Tibb Mərkəzində “İşlə təmin edilənlər peşə təhsili üçün” proqramının dəstəyi ilə Gürcüstanda ilk dəfə yaradılmış tibb bacılarının ali təhsildən sonra təhsil/ixtisas mərkəzinin əsas fəaliyyət məqsədləri ilə tanış ediblər.

“Geo Hospitals”ın Strateji İnkişaf və
Tibbi Xidmətinin rəhbəri Natia Noğaidelinin sözlərinə görə, proqram tibb bacısı heyətinin gücləndirilməsinə istiqamətlənib.

“Qeyd etmək istəyirəm ki, insan resursları problemi tibb istiqamətində ciddi şəkildə mövcuddur. USAİD-in “İşlə təmin edilənlər peşə təhsili üçün” proqramında müəyyən tədbirlər üçün şərait yaradılanda tibbi heyətin hazırlanması istiqamətində bu şəraitdən yararlandıq, qrant qazandıq və Gürcüstanda ilk dəfə tibb bacılarının ali təhsildən sonra təhsil/ixtisas hazırlıq mərkəzi yaratdıq. Layihəni artıq 1 ildir, həyata keçiririk. Bu bir il ərzində biz Polşanın Universitetləri ilə əməkdaşlıq çərçivəsində Avropa diplomundan sonra tibb bacıları üçün təhsil yaratdıq. Gürcüstanda ilk dəfə belə bir şey hazırlandı. Artıq növbəti mərhələyə keçdik və tibb bacısı-təlimçilər komandası yaratdıq. Burada Polşa və Gürcüstan ekspertləri iştirak edirdilər. Eyni zamanda çox yaxşı tibb bacısı hazırlanması bazası yaratdıq. Çox yaxşı təchiz edilib. 1 noyabrdan tibb bacısı diplomundan sonra hazırlıq proqramının həyata keçirilməsinə başlayırıq və bununla qürur duyuruq. Çünki bu Gürcüstanda ilk dəfə və Marneulidə həyata keçirilir. Layihə gənc tibb bacısı heyətinin gücləndirilməsinə və etnik azlıqlara istiqamətlənib ki, etnik azlıqların təhsil alması baxımından mövcud olan baryer azalsın”.

Görüşdə Marneuli kollecinin tibbi təhsil proqramının rəhbəri Tamar Alavidze də iştirak edirdi. O, düşünür ki, belə imkanlar tibb bacılarına böyük motivasiyadır.

“Qeyd olunan layihə ümumi vəziyyətdən irəli gələrək çox mühümdür. Yeni innovativ metodların tətbiqi çox mühümdür. Diplomdan sonra təhsil çərçivəsində bunu davam etdirmək vacibdir. Bilirsiniz ki, tibb bacısı kadrı elə də azdır və düşünürəm ki, bu layihə tibb bacısı istiqamətinə marağı artıracaq. Yekun nəticədə ixtisaslı kadrlar qazanacağıq”, – Tamar Alavidze deyir.

Tibb Bacısı İxtisas Proqramının tətbiqi Kvemo Kartli regionunda Avropa standartlarına uyğun tibb bacısı heyətinin hazırlanmasına, onların layiqli işlə təmin edilməsinə və peşə inkişafına dəstək olacaq. Eyni zamanda layihə regionda qadınların gücləndirilməsinə, xüsusilə gənc tibb bacısı heyətinə istiqamətlənib.

Print Email
FaceBook Twitter Google