Gürcüstanın elm və təhsil naziri Qiorqi Amilaxvarinin rəhbərlik
etdiyi nümayəndə heyəti yanvarın 24-də Azərbaycana səfərə gəlib.
O, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi
şəxslərlə görüşəcək, Azərbaycanın elm və
akademik dairələrində
olacaq.
Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil
sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə
mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. məsələlər
ətrafında fikir mübadiləsi aparılacaq.
Mənbə: report.az