Marexi Xmaladze 27 ildir Marneuli bələdiyyəsində insanlara gürcü
dilini öyrənməyə kömək edir.
Pedaqoqun yanına abituriyentlərlə yanaşı böyük adamlar da gedirlər.
Dövlət dilini öyrənməyin əsas məqsədi işə başlamaq və ya gündəlik
ünsiyyət qura bilməkdir. Marexi müəllim deyir ki, onun müşahidəsinə
görə, gürcü dilini öyrənməkdə ən çox qeyri-gürcüdilli sektor
şagirdləri çətinlik çəkirlər. Gürcü cəmiyyəti ilə daha az ünsiyyəti
olanlar.
“Böyük adamlar da gəlir, iş üçün gürcü dili lazım olur,
elementar olaraq ərizə yazmaq, iş sənədlərini doldurmaq üçün
öyrənirlər. Əksər hallarda azərbaycan və rusdilli məktəb bitirənlər
dil bilmirlər. Bukletlərim, qəzetlərim var və həmişə çalışıram elə
yerlərini tapım ki, nədən sonra hansı sözün yazılacağını aydın
şəkildə göstərə bilim. Bəzilərinə evdə maqnit lövhə də aldırmışam.
Gürcü dilinin tədrisi ilə əlaqədar əyləncəli hekayələrimiz də var.
Bir şagirdim var idi. Bazarda alver edirdi və mənə dedi ki,
alıcılar gələndə gürcü dilində heç nə başa düşə bilmirəm, xahiş
edirəm mənə hesab öyrət, nəyin qiymətinin neçə olduğunu soruşanda
cavab verim. Öyrətdim və indi məncə, məndən yaxşı
danışır”, - Marexi Xmaladze bildirir.
Pedaqoq düşünür ki, onun işlədiyi illərlə yanaşı gürcü dilinin
öyrənilməsinə münasibət də dəyişir. O, bildirir ki, insanlar dövlət
dilini bilmək üçün daha çox motivasiyalıdırlar.
“Deyim ki, ərinirlər və məcburi öyrənirlər – yox.
Öyrənmək istəyirlər, ola bilsin yanlış danışırlar, amma yenə də
gürcü dilində deyirlər, həqiqətən motivasiya görürəm,
həvəslidirlər”.
Son illərdə etnik azlıq nümayəndələri müxtəlif dövlət və özəl
sektorlarda işlə təmin olunurlar. Həmçinin, tibb müəssisələri,
banklar və hüquq-mühafizə orqanlarında, ancaq gürcü dilini bilməmək
onlara çox maneəçilik yaradır. Pedaqoq Lia Xaraişvilinin də dövlət
dilinin tədrisi ilə əlaqədar uzunillik təcrübəsi var. O, çox sayda
işləyən şəxslərə gürcü dili öyrənməkdə kömək edib.
“Əsasən “Sokarda” işləyən adamlar gəlirdilər və orada
onlara gürcü dili lazım olur. Bir kütlə də polisdə işləyirdi və
onlara da kömək etdim. Tibb müəssisələrindən tibb bacıları gəlirdi.
Plan tərtib edə bilməyən məktəb müəllimlərinə də kömək etmişəm.
Böyük çətinlik qarşısında qalmışdılar və kömək edirdim. Lap
elementar, hərflərdən öyrənməyə başladıq. Bu gün uğurludurlar və öz
işlərində yaxşı işləyirlər. Məsələn, 37 yaşlı xanım idi, Tbilisidə
tibb müəssisəsində işləyirdi. Əsas motivasiya işləmək
istiqamətindədir. Amma dil bilməyə də buradan irəli gələrək diqqət
yetirirlər ki, özlərini tam hiss etmirlər. Neçə dəfə deyiblər ki,
hansısa qurumda, yaxud ictimai nəqliyyata minəndə onlara başqa
planetdən gəlmiş kimi baxırlar, özümüzü təhqir edilmiş kimi hiss
edirik deyirlər, ona görə gürcü dilini öyrənmək
istəyirdilər”, - Lia Xaraişvili bildirir.
Bu gün müxtəlif təhsil müəssisələri də gürcü dilini öyrənməyə
dəstək olur. Şorena Kupatadze bir neçə ildir Marneuli Tibb
Kollecində dövlət dilini tədris edir. Pedaqoq deyir ki, gürcü
dilini öyrənməkdə 40 yaşdan yuxarı olan adamlara da kömək edib.
Müəllimin sözlərinə görə, kolleclərdə gürcü dilinin tədrisi lap
aşağı səviyyədən, əlifbadan başlayır.
“İndi də 49 yaşlı xanım gəlir və dil öyrənmək istəyir.
43 yaşlı, 42 yaşlı xanımlar var. Bu yaşda onlara ailə üzvləri
motivasiya verir. Bir xanımı Bolnisidən qaynanası gətirmişdi,
fermerdir və istəyir ki, gəlini gələcək peşə olaraq tibb bacısı
ixtisasını seçsin. Düşünürdüm öyrənə bilməyəcək, özü də elə
əhval-ruhiyyədə idi ki, bacara bilməyəcəkdi. Amma çox yaxşı öyrəndi
və heç vaxt geri qalmır, gürcü dili dərslərinə həmişə gəlir. Hər
şeyi sıfırdan öyrənməli oluruq. Elə səviyyə olub ki, hərfləri də
bilmirlər. Sevinirəm ki, onlar gürcü dilini öyrənmək istəyirlər.
Onlara dövlət də kömək edir və kollecdə təhsillərini
maliyyələşdirir”, - Şorena Kupatadze bildirir.
Sosial Araşdırmalar və Analiz İnstitutu tərəfindən aparılmış
2022-ci ilin hesabatına görə, gürcü dili indeksini nəzərə almaqla
etnik azlıqlar dil bilmə səviyyəsinə görə belə bölünürlər: Gürcü
dilini ən pis Kvemo Kartlidə bilirlər (57%). Pankisidə əhalinin
böyük əksəriyyəti gürcü dilini yaxşı bilir (90,6%).
Samtsxe-Cavaxetidə gürcü dilini pis bilənlər ən böyük qrup təşkil
edirlər (45,8%), Kaxetidə isə gürcü dilini müxtəlif səviyyədə bilən
qruplar təxminən bərabər bölünüblər.