İlia Dövlət Universitetində oxuyan Kvemo Kartlidən olan etnik
azərbaycanlı tələbələr “Rus qanununa” etirazlarını bildirmək üçün
andiçmə mərasiminə qoşulurlar.
Andiçmə dərs prosesinin müvəqqəti olaraq dayandırılmasını və
tələbələrin “Xarici Təsirin Şəffaflığı haqqında” qanuna
etirazlarını bir daha aydın şəkildə göstərmələrini nəzərdə tutur.
Andiçmə mərasiminə qoşulan Dmanisili tələbə Sayat Eyyubova bildirir
ki, Rusiya işğalçı dövlətdir.
“Mən aksiyaya qoşuluram. Etnik azlıq olsaq da bu
dövlətdə doğulub-böyümüşəm. Bu dövlətin adını daşıyıram. Bizim
yolumuz Avropayadır nəinki Rusiyaya. Avropanın və Rusiyanın bizə
təklif etdiyi perspektivləri yaxşı bilirik. Rusiya Gürcüstanı
əhatəsi altına alıb SSRİ-yə qaytarmaq istəyir. Biz buna qarşı
çıxmalıyıq, çünki bizim yolumuz Avropayadır. Professorlar və
tələbələr hansı qərarı alsalar, mən də onların yanında olacağam. Bu
vətənin, bu torpağın mən də bir nümayəndəsiyəm” -
Sayat Eyyubova dedi.
Bundan əlavə, andiçmə mərasiminə qoşulan Marneuli rayonunun Algeti
kəndindən olan Nəzrin Hümbətova “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, gələcək üçün bugün baş verən aksiyalarda
iştirak edilməlidir.
“Azərbaycanlı olsaq da bizim vətənimiz Gürcüstandır və özümüz üçün,
gələcəyimiz üçün bugün bizlər də iştirak etməliyik. Əlbəttə,
dərslərin dayandırılması öz etirazımızı bildirdiyimizi
göstərəcək” - Nəzrin Hümbətova bildirdi.
Qeyd edək ki, bu haqda universitetin professor və müəllimləri,
tələbələrin qanuna qarşı etirazlarını bildirmələri üçün təhsil
prosesini dayandırmaları tələbi olduğu halda onlara qoşulacaqlarını
bəyan etmişdilər.
İlia və Tbilisi Dövlət Universitetlərinin tələbələrindən başqa,
digər bir sıra universitetlərin tələbələri də and içdilər. Onlar
arasında Gürcüstan Universiteti, Qafqaz Universiteti, Batumi Şota
Rustaveli adına Dövlət Universiteti, Gürcüstan İctimai İşlər
İnstitutu, Alte Universiteti, Tbilisi Dövlət Tibb Universiteti və
Rəsm Akademiyasının lektor və tələbələrinin bir hissəsi də yer
alır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.