Marneuli məktəblərində birinci sinif şagirdlərinin qeydiyyatının III mərhələsi 20 may tarixindən başlayacaq
20 may tarixində Marneuli ictimai məktəblərinə ümumi qeydiyyat başlayır. Qeydiyyatın üçüncü mərhələsi 13 iyuna qədər davam edəcək. Qeydiyyat Təhsilin İdarə Edilməsi İnformasiya Sisteminin register.emis.ge rəsmi veb-səhifəsində aparılacaq.

Qeydiyyat valideyn/qanuni qəyyum tərəfindən həyata keçirilir. Elektron şəkildə qeydiyyatdan keçmiş şagirdin qəbulu üçün zəruri sənədlərin təqdim edilməsi 14 iyun tarixindən 25 iyun tarixinədək davam edəcək. Sənədlər müəyyən edilmiş müddətdə təqdim
edilmədiyi təqdirdə, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.

2024-2025-ci tədris ilində Marneulinin 74 ictimai məktəbi maksimum 2200 şagird qəbul edə bilər.

Qeydiyyatın üçüncü mərhələsindən sonra sonuncu, dördüncü mərhələ başlayacaq.

IV mərhələ 27 iyun tarixindən 12 iyul tarixinədək məktəblərdə həyata keçiriləcək. Bu mərhələdə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən və ya qeydiyyatını dəyişmək istəyən şagirdlər boş qalan yerlərə və ya əvvəlki mərhələlərdə boşalmış yerlərə qeydiyyatdan keçə bilərlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345