Uşaq Bağçaları Birliyi Yeni il hədiyyəsi üçün hər uşağa 3,95 lari ayırıb

Marneuli uşaq bağçalarında uşaqlara hədiyyələr paylanılacaq.

Uşaq Bağçaları Birliyi sadələşdirilmiş qaydada 9 285 lari dəyərində dəftərxana ləvazimatları alıb. Birlik birbaşa qaydada “Edesi” MMC qrupu ilə müqavilə imzalayıb.

Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmovun sözlərinə görə, Yeni il hədiyyələri Marneuli bağçalarının və bütün məktəbəqədər hazırlıq qruplarında 2 500-ə yaxın uşağa paylanılacaq.

Marneuli Uşaq Bağçaları Birliyinə bir
uşaq üçün hədiyyə almaq təxminən 3,95 lariyə başa gəlib.

Bu məbləğə daxildir:
  • Rəngli kağızlar
  • Yapışqan
  • Fırça
  • Karandaş
  • Karandaş itiləyən
  • Rəngli karandaşlar
  • Əlfəcin
  • Qələm
  • Quaş
  • Plastilin
  • Pozan
Kərəmovun sözlərinə görə, bağçalara hədiyyələri “Şaxta baba” paylayacaq.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google