Bu il Marneuli uşaq bağçalarının işçilərinə mükafatlar veriləcək.
Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosuna
məlumatı təsdiqlədi və bildirdi ki, uşaq bağçaları əməkdaşlarına
veriləcək mükafatın miqdarı hələlik məlum deyil. Onun sözlərinə
görə, bütün bunlar büdcədən ayrılan, hələ hesablanmayan
vəsaitlərdən asılıdır.
“Bağça işçilərinə verilən mükafatların miqdarı hələlik
məlum deyil. Bu büdcədəki imkanlardan asılıdır. Buna səbəb ərzaq
tədarükü müqavilələri üzrə illik borcların olmasıdır. Bu borclar
ödənildikdən sonra büdcədəki qənaət tamamilə mükafatlara
xərclənəcək. Yalnız bu ilin sentyabr ayında işə qəbul olunanlar
istisna olmaqla, bütün işçilərə mükafat veriləcək. Buna səbəb
qanunda nəzərdə tutulan məhdudiyyətdir”, – Kərəmov
bildirdi.
Birliyin rəhbərinin sözlərinə görə, mükafatlar bağçaların bütün
işçilərinə, o cümlədən tərbiyəçilər, müəllimlər və rəhbər işçilərə
veriləcək.
Marneuli miqyasında 14 bağça fəaliyyət göstərir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415