Marneuli Amerika Guşəsi gəncləri İngilis Dili Danışıq Klubuna dəvət
edir.
Əgər 14 və ya daha böyük yaşdasınızsa, ingilis dilini A2
səviyyəsində bilirsinizsə, Amerika mədəniyyəti sizi maraqlandırırsa
və danışıq ingilis dilinizi inkişaf etdirmək istəyirsinizsə, bu
imkan məhz sizin üçündür!
İngilis Dili Danışıq Klubu elə bir yerdir ki, burada:
- Amerika mədəniyyəti haqqında daha çox məlumat əldə
edəcəksiniz;
- Danışıq lüğətinizi inkişaf etdirəcəksiniz;
- Yaşıdlarınızla birlikdə maraqlı mövzular ətrafında müzakirələr
aparacaqsınız.
Klubun görüşləri hər cümə günü, saat 15:00-da Marneuli Amerika
Guşəsində keçiriləcək.
Necə qoşula bilərsiniz?
Qeydiyyatdan keçmək üçün bu keçidə daxil olun və formu doldurun:
Qeydiyyat forması
Tələsin, yerlərin sayı məhduddur!