Serbiyanın baş naziri ölkədə etirazların davam etməsi fonunda istefa verib
Serbiyanın Baş naziri Miloş Vuçeviç çərşənbə axşamı istefaya getdiyini açıqlayıb. Bununla da o, ölkədə korrupsiyaya qarşı etirazların yayılmasından sonra istefa verən ən yüksək rütbəli məmur oldu.

Noyabr ayında Serbiyanın ikinci ən böyük şəhəri olan Novi Sadda dəmiryol vağzalının damının uçması nəticəsində 15 nəfərin ölməsindən sonra Belqradda hər gün hökumət əleyhinə etirazlar keçirilir.

Tələbələr, müəllimlər və digər
işçilər də daxil olmaqla minlərlə etirazçı fəlakətə görə prezident Aleksandar Vuçiç hökumətinin daxilindəki korrupsiyanı günahlandırdılar.

"Mən bu addımı gərginliyi azaltmaq üçün atıram," Vuçeviç çərşənbə axşamı mətbuat konfransında istefa vermək niyyətini açıqlayarkən deyib. Onun sözlərinə görə, Novi Sad şəhərinin meri də istefa verəcək.

“Bununla biz ən radikal etirazçıların bütün tələblərini yerinə yetirmiş oluruq.”

Vuçeviç 2023-cü ildən hakim sağ mərkəzçi Serbiya Tərəqqi Partiyasına başçılıq edir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
Tags: Serbiya
FaceBook Twitter Google