Marneuli Bələdiyyəsinin Şulaveri kəndində Roman Zoidze adına 1
saylı ictimai məktəbdə “Son zəng” keçirilib.

Təhsil ocağının 35-ci buraxılış ilində məktəbi 12 məzun bitirib.
Şagirdlər “Son zəng”-i tədbirlə qeyd ediblər. Onlar musiqi
nömrələri təqdim edib, müxtəlif tamaşalar göstərib, mahnılar
oxuyublar.

"Sevinirəm, həm də kədərlənirəm, məktəbi bitirirəm və
bundan sonra məktəbdə, sinif yoldaşlarımla belə günlər olmayacaq,
səhər oyananda daha məktəbə getməyə ehtiyac qalmayacaq. Hər kəsi bu
gün münasibətilə təbrik etmək istəyirəm, onlara uğurlar
arzulayıram", – Deniza Toloraia deyir.

“Mən çox həyəcanlıyam, 12 ilimi burada keçirmişəm və indi
uşaqlar, müəllimlərlə vidalaşmalıyam, bu çox
həyəcanlıdır”, – Nini Makaridze bildirir.
Dali Kekelidze 8 il 12-ci sinfə rəhbərlik edib. Müəllim deyir ki,
onun üçün tələbələrlə ünsiyyət sadəcə tədris prosesi deyildi.

“Həm sinifdə, həm də dərsdən kənarda gözəl macəralarımız
oldu. Onları bu yolda təbrik edirəm. Gürcüstandakı bütün məzunları
təbrik edirəm, onların həyatında çox xoşbəxt bir mərhələ başlasın.
Avropalı Gürcüstanda yaşayaq və bunun üçün mübarizə
aparaq”, – Dali Kekelidze bildirib.
Marneuli üzrə ümumilikdə 74 ictimai məktəb fəaliyyət göstərir. Bu
il 12-ci sinfi 1200-ə yaxın şagird bitirəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415