Mayın 31-də Maradisi kəndində leykemiyadan əziyyət çəkən uşaqlara
yardım məqsədilə xeyriyyə festivalı təşkil olunacaq.
Tədbir Maradisi İctimai Məktəbinin Ekologiya Klubunun təşəbbüsü ilə
baş tutacaq.
Məktəbin müəllimi Lamara Bolkvadzenin bildirdiyinə görə, festival
çərçivəsində müxtəlif məktəblərin şagirdləri və yerli sahibkarlar
tərəfindən hazırlanmış əl işləri, çiçəklər və rəsm əsərləri nümayiş
olunacaq.
“Maradisidən olan sahibkarlar qonaqlara Gürcüstanda
nadir hallarda yetişdirilən, iqlimə davamlı tərəvəz növlərini
təqdim edəcək və bu məhsullardan yeməklərin hazırlanması
qaydalarını da göstərəcəklər. Festival çərçivəsində həmkar
məktəblərin eko-klubları, müəllimlər və sahibkarların iştirakı ilə
konsert proqramı da keçiriləcək. Bundan əlavə, yaşıllaşdırma
aksiyasının keçirilməsi planlaşdırılır,” – deyə
Lamara Bolkvadze sosial şəbəkədə yazıb.
Festivalda paxlava, xaçapuri, lobiani və digər yeməklər satışa
çıxarılacaq. Tədbirdən əldə olunan gəlir tam şəkildə leykemiyadan
əziyyət çəkən uşaqların müalicəsinə yönləndiriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415