Dmanisidə Yaşlılara Dəstək Evi və Marneulinin istifadə etmədiyi fürsət
12:50 / 22.05.2025
“Səhər gözümü açan kimi tez paltarımı geyinib yola
düşürəm” – artıq ikinci ildir ki, 78 yaşlı İamze
Tsixelaşvilinin səhərləri Dmanisi Dəstək Mərkəzinə getməklə
başlayır.
Burada onlarla yaşlının toplaşdığı, həyat dolu bir mühit onu
gözləyir.
Bu mərkəzdə qocalıq parlaq, səs-küylü və həyat dolu görünür.
İnsanlar bir-birlərinin sevinclərini və kədərlərini bölüşür,
xatirələrini paylaşır, bəzən isə yeni macəralara da yelkən
açırlar.
“Bəzən özümü yaxşı hiss etməyəndə belə bura gəlmək məni
sağaldır. Evdə mənə deyirlər ki, orada yaxşı, bura gələndə zəif
olursan. Gəncliyim çox tez keçdi, fərqinə belə varmadım. İndi isə
qocalıq çətindir, xəstəliklər də var. Amma bu Dəstək Evində elə
yaxşı rəhbərlik var ki, heç nəyimiz əskik olmur. Xəstələnəndə həkim
gətirirlər. Deyirəm ki, xəstəyəm, dostum cavab verir: “Mən də
xəstəyəm, amma keçib gedəcək.” Bu sözlər məni ruhlandırır, danışmaq
bizi tez sağaldır”, – deyə İamze Tsixelaşvili
bildirir.
Dmanisi Dəstək Evi avstriyalılar tərəfindən təsis edilib. Hazırda
təşkilatın gündüz mərkəzi və evdə qulluq xidməti fəaliyyət
göstərir. 2022-ci ildən etibarən ləyaqətli qocalığa qayğı göstərmək
və 70-ə qədər qeydiyyatdan keçmiş benefisiar üçün xüsusi məkan
ayırmaq mümkün olub.
"Dəstək Evi avstriyalılar tərəfindən yaradılıb,
"Razılıq" – Gürcüstan Qadınlar Assosiasiyası tərəfindən dəstəklənən
Hilswerk təşkilatının rəhbərliyi altındadır və bu gün Dəstək Evi
adı altında fəaliyyət göstərir. Bələdiyyə qarşılıqlı
maliyyələşdirməyə cəlb olunub. Onlar bizim bütün tədbirlərimizə
dəstək olurlar, bizi izləyirlər, tez-tez bizə baş çəkirlər və biz
hər cür tədbirlərdə iştirak edirik. Həmçinin, yaşlılar üçün
mərkəzin açılışı, gün mərkəzi və evdə xidmət də daxil olmaqla
yaşlıların gənclərlə yanaşı özlərini xoşbəxt hiss etmələrinə səbəb
oldu. Biz onların ömrünü uzatdıq və onları xoşbəxt gələcəklərinin
olması üçün stimul verdik”, – təşkilatın rəhbəri
Ekaterine Okriaşvili bildirib.
Dmanisi Dəstək Evinə hər gün 20-yə yaxın qoca baş çəkir. Onlar üçün
bu yer çox vaxt evdən çıxmaq, əylənmək, rəqs etmək, musiqi dinləmək
və bir-biri ilə ünsiyyət qurmaq üçün yeganə fürsətdir.
Ən yaşlı qadın benefisiar 84 yaşlı Meri Martikyandır. O,
gəncliyində tibb bacısı işlədiyini, lakin ailə qurduqdan sonra
işini tərk etməli olduğunu deyir. Dmanisidə açılan məkan onun
yenidən doğulması üçün fürsət olub.
"Mən bəzən sakitləşmək, dincəlmək istəyirəm və bura
gələndə özümü rahat, azad hiss edirəm. Gənc olanda evdə oturmazdım
– həmişə işləyirdim. Uşaq bağçasında tibb bacısı, sonra
xəstəxanada, uşaq şöbəsində işləyirdim. Ailə qurduqdan sonra evdə
oturmalı, uşaqlarımı böyütməli oldum. Sanki yenidən insanlara
qayıtmışam, yaxşı əyləncə, musiqi, rəqs var – yaxşı olan hər şey
burada var"? – Meri bildirir.
Dmanisi Dəstək Evində yaşlılar üçün müxtəlif xidmətlər var.
Təşkilatda onların sağlamlığı ilə maraqlanan tibb bacısı var.
Sağlam həyat tərzini təşviq etmək üçün onların idman müəllimi var.
Onlar xüsusilə həftədə bir dəfə Tbilisidən gələn psixoloqu
səbirsizliklə gözləyirlər.
"Psixoloqumuz Kote çərşənbə axşamları gəlir. O günü elə
səbirsizliklə gözləyirik ki, bilmirəm. İstədiyimizdən danışır – ev
şəraitində, elə sadə, sanki biz onu oğlumuz və dostumuz hesab
edirik. Yağış yağır, qar yağır, nə olursa olsun, o, Tbilisidən
gəlir. Nadir hallarda gəlməz, amma onda da xətrimizə dəyir. İnsanın
həyatı diqqətdir, hətta kiçik bir salam belə bizə həyat sevinci
bəxş edir”, – 72 yaşlı Eteri Mucirişvili deyir.
Mərkəz Dmanisi sakini Rəhim Ağakişiyev üçün ikinci ailəyə
çevrilib.
"Bizim üçün bu mərkəz sanatoriya kimidir. Gəlirik,
dincəlirik. Qəzəblənsəm də, bura gələndə hər şeyi unuduram.
İxtisasca bioloqam, 20 il məktəbdə işləmişəm, sonra bağlanıb, indi
də arılarım var, onlara qulluq edirəm – indi mən arı müəllimiyəm.
Bu mənim ikinci evimdir: Burada qəhvə içirik, nərd, domino
oynayırıq. Hətta ad günlərini də burada qeyd edirik”,
– Rəhim dedi.
Dmanisi Gün Mərkəzinin benefisiarları olan yaşlı insanlar öz teatr
qruplarını yaradıb, yaddaqalan tamaşalar nümayiş etdirirlər. Onlar
mərkəzdə öz tamaşalarını nümayiş etdirməklə yanaşı, həm də öz
əsərlərini kəndlərə yaymağa, uşaq bağçalarına baş çəkməyə
çalışırlar. Bu yolla onlar öz yaradıcılıqlarını, ünsiyyətlərini,
qarşılıqlı dəstək mədəniyyətini inkişaf etdirməyə çalışırlar.
"Bizim uşaqlar üçün olan tamaşada canavar rolunu
oynayacağımı düşünməmişdim. Dərhal dedim ki, mən canavara
oxşayıram? Hamı yaxşı rolları bölüşdürdü və mənə də bu düşdü. Amma
insanların çox xoşuna gəldi, hətta rəy də aldım – Almaniyadan
tamaşaya baxan biri mənə qiymət verdi ki, canavar rolunun ən yaxşı
ifaçısıyam. Mən isə bu rolun ən pis rol olduğunu düşünürdüm.
Damnisidə uşaqların tamaşa izləmək imkanı nadir hallarda olur və bu
gedişlərimizlə elə sevgi qazandıq ki, heyrətə
gəlmişdilər”, – İamze Tsixelaşvili
bildirir.
Dmanisi Dəstək Evinin rəhbəri Ekaterine Okriaşvili qeyd edir ki,
təşkilat müxtəlif layihələrdə fəal iştirak edir.
Onlar üçün mühüm imkanlardan biri “CENN” beynəlxalq təşkilatının
dəstəyi ilə mümkün olub. Bu əməkdaşlıq çərçivəsində Dmanisi
Bələdiyyəsi və təşkilat birgə maliyyələşdirilən, büdcəsi
31282.43 lari olan “Nəsillər arasında texnoloji körpü”
layihəsini həyata keçirib.
"Bir çox proqramlarda iştirak etməyə, özümüzü müxtəlif
istiqamətlərdə göstərməyə çalışırıq. Tanınmış "CENN" təşkilatı
müsabiqə elan etmişdi. Bu təşkilat Dmanisidə bir sıra mühüm
layihələr həyata keçirib və onlardan biri də "Nəsillər arasında
texnoloji körpü" olub. Bu, çox uğurlu bir layihə oldu və dərhal
bəyənildi. Bu həm Dmanisi gənclərinə, həm də yaşlılara müasir
texnologiyalardan istifadə etmək imkanı verdi. Bələdiyyə fəal
şəkildə iştirak edir. Bizim, şagirdlərim tərəfindən mərkəzə kiçik
ianələrimiz də olur”, – Ekaterine Okriaşvili
deyir.
Dmanisi təcrübəsi digər bələdiyyələr üçün də nümunə ola bilərdi.
Marneuli Bələdiyyəsində analoji layihə yazılsa da, icra
mərhələsində meriya layihədən imtina etdi.
Kvemo Kartlidəki “CENN”-nin layihələr üzrə koordinatoru Mariko
Tsikoridzenin “Marneuli” radiosuna bildirdiyinə görə, Həm
sakinlərin sayı, həm də ehtiyacları, həssaslığı baxımından
Marneulinin miqyası layihənin həyata keçirilməsini xüsusilə
aktuallaşdırıb.
"Dmanisi Bələdiyyəsi ilə müqayisədə Marneuli həm əhali,
həm ehtiyaclar, həm də həssaslıq baxımından daha həcmlidir. Buna
görə də xüsusilə əhəmiyyətli olardı. Əsas odur ki, Marneuli
Bələdiyyəsində biz çoxtərəfli qrupla işləməyə başlayanda sosial
xidmətlərə olan ehtiyac – 60+, ləyaqətli qocalma proqramı ön plana
çıxdı. Dmanisidən fərqli olaraq Marneuli bələdiyyəsinin icma
mərkəzlərini bütün bunlara cəlb etmək imkanı var idi. Hər bir
proqramın məlumat çatdırmaqla bağlı problemi var. Ancaq meriya
tərəfindən işçi qrupunun təsdiqlənməməsi və layihədən imtina
edilməsi olmasaydı, Marneulidə buna qalib gəlmək olardı. Baxmayaraq
ki, özləri proqramın hazırlanmasına qoşulmuşdular. Çox yaxşı layihə
idi. Bu gün Dmanisi, Bolnisi, Qardabani, Tetritskaro və Tsalkada
həyata keçirilir. Marneulidə də fəal ola bilərdi”, –
Mariko Tsikoridze deyir.
Marneuli Bələdiyyəsinin 2025-ci il büdcəsində yaşlılar üçün xüsusi
olaraq nəzərdə tutulmuş proqram praktiki olaraq yoxdur – bütün
vətəndaşlara şamil edilə bilən birdəfəlik sosial yardımlar istisna
olmaqla. “Qocalar” sözü yalnız bir dəfə küçə işıqlarının
quraşdırılması hissəsində qeyd olunur və burada layihənin
məqsədinin gecə saatlarında qadınların, uşaqların, qocaların,
əlillərin təhlükəsiz və rahat hərəkətini təmin etmək olduğu qeyd
edilir.