Birinci sinif şagirdlərinin qəbulunun üçüncü mərhələsi başladığı
vaxtdan etibarən Marneulinin 11 ictimai məktəbində hələ heç bir
şagird qeydiyyatdan keçməyib.
Boş yerlər Təhsilin İdarəedilməsi İnformasiya Sisteminin rəsmi
veb-səhifəsində (
registration.emis.ge) mövcuddur. Hər
bir məktəb qəbul edə biləcəyi şagirdlərin sayını müstəqil şəkildə
müəyyən edir.
Hazırda aşağıdakı məktəblərdə boş yerlər qalır:
- Axlılələ kənd ictimai məktəbi – 20 boş
yer
- Ağqula kənd ictimai məktəbi – 10 boş yer
- Dəmyə-Görarxı kənd ictimai məktəbi – 25 boş
yer
- Daştəpə kənd ictimai məktəbi – 25 boş yer
- Güllübağ kənd ictimai məktəbi – 10 boş
yer
- İmir kənd ictimai məktəbi – 20 boş yer
- İmirçala kənd ictimai məktəbi – 10 boş
yer
- Qaçağan kənd 2 saylı ictimai məktəbi – 30 boş
yer
- Qasımlı kənd ictimai məktəbi – 100 boş
yer
- Sioni kənd ictimai məktəbi – 10 boş yer
- Qızılhacılı kənd 2 saylı ictimai məktəbi – 15 boş
yer
2025–2026-cı tədris ili üçün birinci sinif şagirdlərinin
qeydiyyatının üçüncü mərhələsi iyunun 17-dək davam edəcək.
Qeydiyyat
registration.emis.ge portalı
vasitəsilə valideyn və ya qanuni qəyyum tərəfindən həyata
keçirilir.
Qeydiyyatdan keçmiş şagirdlərin sənədlərinin qəbulu 18–27 iyun
tarixləri arasında aparılacaq. Bu müddət ərzində tələb olunan
sənədlər təqdim olunmazsa, qeydiyyat avtomatik olaraq ləğv
ediləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415