Marneuli uşaq bağçalarında qeydiyyat nə vaxt başlayır və hansı sənədlər tələb olunur?
Marneuli bələdiyyəsinin uşaq bağçalarında 2025–2026-cı tədris ili üçün qeydiyyat 2 iyun tarixində başlayacaq. Qeydiyyat prosesi ilə bağlı məlumatı “Marneuli” radiosuna müsahibəsində Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov verib. Onun sözlərinə görə, qeydiyyatın birinci mərhələsi 30 iyuna qədər davam edəcək.

Qeydiyyat Ağmaşenebeli küçəsində yerləşən Marneuli Uşaq Bağçaları Birliyində aparılacaq. Valideynlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
  • Uşağın doğum haqqında şəhadətnaməsinin
    notarial qaydada təsdiqlənmiş surəti;
  • Uşağın yaşayış yerindən arayış;
  • Sağlamlıq haqqında arayış (Forma 100);
  • 2 ədəd fotoşəkil (3×4 sm ölçüsündə);
  • Valideynlərin şəxsiyyət vəsiqəsinin surəti;
  • Aztəminatlı statusu təsdiqləyən sənədin surəti (əgər varsa);
  • Məcburi köçkün statusunu təsdiqləyən sənədin surəti (əgər varsa);
  • Fiziki imkanlarının məhdudluğunu təsdiqləyən sənəd (əgər varsa);
Qeydiyyatın ikinci mərhələsi 20 avqust tarixində başlayacaq və 2 sentyabr tarixinədək davam edəcək.

Qeyd edək ki, Marneuli bələdiyyəsi üzrə ümumilikdə 14 uşaq bağçası fəaliyyət göstərir. Hər il bağçalarda yer çatışmazlığı problemi yaşanır və nəticədə yüzlərlə uşaq məktəbəqədər təhsil imkanından kənarda qalır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google