Marneulidə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü
münasibətilə bayram tədbiri təşkil olunacaq.
Marneuli meriyasının məlumatına görə, tədbir çərçivəsində əyləncə
zonası, animator şousu, illüzionist çıxışı, gildən heykəltəraşlıq
və rəsm üzrə master-klasslar keçiriləcək. Həmin gün uşaqlara
dondurma da paylanacaq.
Bu məqsədlə meriya “Pero 2003” MMC ilə sadələşdirilmiş qaydada
müqavilə imzalayıb. Müqaviləyə əsasən, bələdiyyə şirkətdən hər biri
1 lari
dəyərində olmaqla ümumilikdə 220 ədəd dondurma alacaq:
- “Eskimo” – vanilli, südlü və şokoladlı dondurma – 120
ədəd
- “Tolia” – vanilli dondurma – 100 ədəd
Bayram tədbiri Marneuli şəhərində, Cavaxişvilinin büstü
yaxınlığındakı parkda baş tutacaq. Tədbirin başlanma saatı –
12:00.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415