Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin
katolikosu II Qareginin legitimliyini sual
altına alaraq bildirib ki, əgər katolikosun evlənməmək andını
pozaraq övlad sahibi olduğu sübuta yetirilərsə, onun Ermənistan
Apostol Kilsəsinin rəhbəri vəzifəsində qalması mümkün deyil.
Sosial şəbəkədə yaydığı bəyanatda Paşinyan şəxsi həyata hörmət
etdiyini qeyd etsə də, vurğulayıb ki, belə şəxsi həyat tərzi
katolikos üçün yolverilməzdir,
çünki onun dini rolu ictimai və
mənəvi məsuliyyətlə sıx bağlıdır.
Baş nazirin sözlərinə görə, bu məsələ təkcə dini yox, həm də dövlət
təhlükəsizliyi baxımından əhəmiyyətlidir.
Ermənistan Apostol Kilsəsi ilə Nikol Paşinyan arasında münasibətlər
uzun müddətdir ki, gərgin olaraq qalır. Qarabağ müharibəsindən
sonra II Qaregin açıq şəkildə Paşinyanı istefaya çağırmışdı. Son
günlərdə isə qarşıdurma daha da dərinləşib.
Artıq bir neçə gündür ki, Paşinyan və onun həyat yoldaşı sosial
şəbəkələrdə katolikosu sərt tənqid edirlər. Məsələn, Paşinyan
yazır:
“Bəs nə baş verir, əgər məlum olsa ki, ruhani şəxs paklıq
andını pozub? Bu zaman o, rütbəsini, titulunu və vəzifəsini itirir.
Mənəvi baxımdan hansı daha ləyaqətlidir – könüllü istefa, yoxsa
həqiqətin üzə çıxacağından qorxaraq səssizcə əzab
çəkmək?”
Onun həyat yoldaşı Anna Akopyanın paylaşımları da bir o qədər sərt
olub. O, paylaşımında “ölkənin pedofillərindən” və onların
“həyatlarının qaranlıq tərəflərindən” bəhs edir və katolikos II
Qaregini ölkənin “baş mafiozu” adlandırır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415