Attestat almaq üçün hansı sənədlər tələb olunur?
Attestat almaq üçün müraciətlər başlayıb.

Məktəb məzunları attestat almaq üçün Ədliyyə Evlərinə və Dövlət Xidmətinin İnkişafı Agentliyinin ərazi qurumlarına müraciət etməlidirlər.

“Təhsilin İdarəedilməsi İnformasiya Sistemi”nin veb-saytında yerləşdirilən məlumata görə, ümumi təhsili təsdiq edən sənədin əldə edilməsi üçün ərizəni şəxsiyyəti təsdiq edən sənədi olan şagird və ya onun qanuni nümayəndəsi (yetkinlik yaşına çatmayan şagirdin qəyyum və ya
valideyni) təqdim edə bilər".

Attestat almaq üçün hansı sənədlər tələb olunur?

12-ci sinif attestatını almaq istəyən vətəndaş müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
  • Şəxsiyyəti təsdiq edən sənəd;
  • Şagirdin adının və ya soyadının dəyişdirilməsini təsdiq edən sənəd (əgər bel hal varsa);
  • Nümayəndəliyi təsdiq edən sənəd (ərizə qanuni nümayəndə tərəfindən verilirsə).

İlkin attestat almaq üçün nə qədər vaxt lazımdır?

Məzunlar ərizələrini təqdim etdikdən sonra 10-cu iş günü attestatı pulsuz əldə edəcəklər.

Sənədin pulsuz çatdırılması üçün müraciətlər 31 dekabr 2025-ci il tarixinədək qəbul olunacaq.

Attestatın tez çatdırılması üçün ödəniş tələb olunur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google