Marneuli və Bolnisidə abituriyentlər üçün sınaq imtahanı keçirilib (FOTO)
"Parlaq Gələcək Gənclər Mərkəzi"nin təşəbbüsü ilə Marneuli İctimai Kollecində və Bolnisidəki "Vətəndaş Bərabərliyi Platforması Mərkəzi"ndə Vahid Milli İmtahana uyğun sınaq imtahanı keçirilib.


Layihənin əsas məqsədi bölgədə yaşayan abituriyentlərə real imtahan mühiti yaratmaq və onların hazırlıq səviyyəsini yoxlamaq olub. İmtahan gənclər arasında böyük maraqla qarşılanıb və onlarla abituriyentin iştirakı ilə baş tutub.

Sınaq imtahanının uğurla keçirilməsində Marneuli
İctimai Kolleci və Vətəndaş Bərabərliyi Platforması yaxından iştirak edib. Təşkilatçılar hər iki quruma göstərdikləri əməkdaşlığa və dəstəyə görə təşəkkür ediblər.


Parlaq Gələcək Gənclər Mərkəzinin komanda üzvləri tədbirin bütün mərhələlərində fəal iştirak edərək, bölgə gənclərinin təhsilinə və gələcəyinə töhfə verməyə davam ediblər.

“Biz birlikdə güclüyük və gənclərimizin uğuru üçün çalışmaqdan qürur duyuruq!” – deyə təşkilatdan bildirilib.


Qeyd edək ki, bu cür təşəbbüslər bölgələrdə yaşayan gənclərin imtahanlara hazırlıq imkanlarını artırmaqla yanaşı, onların motivasiyasını və özünəinamını gücləndirir. Parlaq Gələcək Gənclər Mərkəzi isə gələcəkdə də təhsilə dəstək yönümlü layihələrlə fəaliyyətini davam etdirməyi planlaşdırır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google