Marneulinin üç məktəbində bir nəfər də olsun birinci sinif şagirdi qeydiyyatdan keçməyib
Birinci sinif şagirdlərinin qeydiyyatının üç mərhələsi başa çatıb. Marneulinin üç məktəbində – Ağqula, Sioni və Tserakvi məktəblərində birinci sinif şagirdi yoxdur, çünki üç mərhələdə bir nəfər də olsun birinci sinfə qeydiyyatdan keçməyib.

Yerli Təhsil Resurs Mərkəzinin rəhbəri Əli Qəhrəmanovun “Marneuli” radiosuna verdiyi məlumata görə, dördüncü və sonuncu qeydiyyat mərhələsində üç məktəbdən yalnız birinə birinci sinif şagirdlərinin daxil
olması mümkündür. Ancaq bu bir ehtimaldır.

Marneuli bələdiyyəsində hər il yüksək dağlıq kəndlərdə bir nəfər də birinci sinif şagirdi olmayan məktəblər qeydə alınır.

Qalan boş yerlərə qeydiyyat (dördüncü, yekun mərhələ) iyunun 30-dan iyulun 15-dək davam edəcək, bu halda valideyn və ya qəyyum uşağı əvvəlki üç mərhələdə yerlərin tam dolmadığı məktəbə qeydiyyatdan keçirə bilər. Qeydiyyat birbaşa uşağın təhsil alacağı məktəbdə aparılır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google